Azərbaycanda “Digital Nomad Visa” mexanizmi müzakirə olunur

Azərbaycanda “Digital Nomad Visa” (rəqəmsal köçəri vizası) mexanizminin həyata keçirilməsi mümkündür.

Bunu deputat Rizvan Nəbiyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.

Onun fikrincə, strateji məqsəd Azərbaycanın regionda qabaqcıl texnologiya və innovasiya mərkəzlərindən birinə çevrilməsidir: “Bu hədəf rəqəmsal suverenliyin gücləndirilməsi ilə bərabər, innovasiya ekosisteminin maliyyə sabitliyinin təmin olunmasını və rəqəmsal təhlükəsizliyin artırılmasını ehtiva edir. Məhz bu səbəbdən hazırda 30-a yaxın qanun və məcəlləyə düzəlişlərin edilməsi, həmçinin yeni qanunların qəbul olunması istiqamətində fəaliyyət həyata keçirilir.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının toplantısında da qanunvericilik bazasının möhkəmləndirilməsi və beynəlxalq təcrübənin mənimsənilməsi əsas prioritetlər olaraq təsbit edilib. İlk toplantıdan sonra qısa zaman ərzində bu sahədə əhəmiyyətli nailiyyətlərin qazanıldığını artıq görürük. Bu addımlar təsadüfi xarakter daşımır. Çünki qlobal rəqabət gündən-günə kəskinləşir. Hazırda rəqəmsal iqtisadiyyat dünya üzrə ümumi daxili məhsulun təqribən 17 %-ini təşkil edir. Bu sahədə iqtisadi inkişaf ənənəvi sektorlarla müqayisədə 2,5-3 dəfə daha yüksək sürətlə gedir”.

R. Nəbiyev bildirib ki, bu gün dünyada 5 milyarddan artıq sosial şəbəkə istifadəçisi mövcuddur və hər gün yüzlərlə terabayt həcmində yeni məlumat yaranır: “Belə bir vəziyyətdə əmək bazarı da sürətlə transformasiyaya uğrayır. Proqnozlara əsasən, 2030-cu ilə qədər iş yerlərinin təxminən 40 %-i rəqəmsal vərdişlər tələb edəcək. Bunun nəticəsi olaraq inzibati xərclərin 30 %-dən çox azalması, vaxta isə 90 %-ə qədər qənaət edilməsi proqnozlaşdırılır”.

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf Şurasının ilk toplantısında müəyyənləşdirilən əsas prioritetlər arasında qabaqcıl texnologiya ekosisteminə inteqrasiya, beynəlxalq investorlar üçün rəqabətədavamlı innovasiya mühitinin yaradılması və digər strateji istiqamətlər də öz əksini tapıb:

“Bu hədəflərə çatmaq üçün xüsusilə İT mütəxəssislərinin və innovativ sahibkarların Azərbaycana cəlb olunması böyük önəm daşıyır. Dünyada bu istiqamətdə ciddi yarış mövcuddur. Bu kontekstdə “Digital Nomad Visa” – rəqəmsal köçəri vizası mexanizminin tətbiqi vacib bir addımdır. Eyni zamanda elektron diplom və attestatların beynəlxalq müstəvidə tanınmasının təmin edilməsi də prioritet məsələlər sırasındadır. Bundan əlavə, beynəlxalq texnologiya tərəfdaşlıqlarının genişləndirilməsi xüsusi önəm kəsb edir. Son aylarda həm Avropa İttifaqı, həm də ABŞ ilə texnologiya və innovasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi yönündə atılan addımlar Azərbaycanın bu sahədə beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfə verir”.

spot_imgspot_img

Oxşar xəbərlər

T. Rowe Price kripto ETF-ə memecoin-ləri daxil edir: səbəb nədir?

T. Rowe Price, kripto ETF-ə memecoin-ləri daxil etdiyini açıqladı. Şirkət, prinsipcə istisna etmənin aktiv yanaşmaya zidd olduğunu bildirir.

Bitwise: institusional investorlar bitkoinə trilyonlarla dollar axıdacaq

Bitwise investisiya direktoru Matt Hougan, qlobal institusional kapitalın 1%-nin bitkoinə yönəlməsi ilə trilyonlarla dolların bazara axacağını bildirib.

Bitcoin infrastrukturunda yeni hücum: Lightning ödəniş serverləri boşaldıldı

Bitcoin infrastrukturuna qarşı yeni hücum Lightning ödəniş serverlərini hədəf alıb. BTCPay istifadəçilərə yeniləmə tövsiyə edir.

ABŞ Senatı Kripto Aydınlıq Aktının səsverməsinin ilk mərhələsini açdı

ABŞ Senatı Kripto Aydınlıq Aktının səsvermə prosesinə başlayıb. Qanun layihəsi kriptovalyuta bazarının tənzimlənməsində aydınlıq yaratmağı hədəfləyir.

FDIC fintech tərəfdaşlarını sertifikatlaşdırmaq üçün standartlar qurumu yaradır

ABŞ FDIC, bankların fintech tərəfdaşlarını sertifikatlaşdırmaq üçün müstəqil standartlar komitəsi yaratmaq üzərində işləyir.
spot_img