Xarici investorların qazancını ölkədən çıxarmasına məhdudiyyət olmayacaq

Azərbaycanda xarici investorların pul çıxarışına məbləğ məhdudiyyəti ləğv edilir. Xarici investorlar üçün mühüm dəyişiklik: mənfəət və dividendlərin köçürülməsinə limit qoyulmayacaq

Qeyri-rezidentlərin Azərbaycan Respublikasında qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapital artımının) repatriasiyasına məbləğ məhdudiyyəti tətbiq edilməyəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, köçürmə zamanı vəsaitin əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən ilkin gömrük bəyannaməsi və ya bank çıxarışının təqdim edilməsi obyektiv səbəblərdən qeyri-mümkün olduqda, investisiya obyektinin qanuni əldə edilməsini təsdiq edən dövlət reyestrindən rəsmi çıxarış ilkin mədaxil sənədi qismində qəbul edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Rezidentlər valyuta vəsaiti məbləğinin 30 faizinədək məbləğdə cərimə olacaq

Rezidentlər üçün isə xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin təqdim edilməməsinə görə cərimələr müəyyənləşir.

Layihəyə əsasən. “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin (iştirak payının və ya səhmin əldə edilməsini təsdiq edən sənədin və qanunla nəzərdə tutulmuş digər sənədlərin) həmin qanunla müəyyən edilmiş müddət daxilində müvəkkil banklara və ya qanunla nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud həmin qanuna əsasən xaricdən Azərbaycan Respublikasına qaytarılmalı olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətlərdə müvəkkil banklardakı hesablara köçürülməməsinə görə fiziki şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən on faizinədək məbləğdə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin 81 400 dollara düşdü: Asiya çip səhmlərinin enişi bazara təzyiq edir

Bitcoin Asiya çip səhmlərinin kəskin enişi fonunda 81 400 dollara düşüb, böyük ETF axınına baxmayaraq bazar ehtiyatlı qalır.

SpaceX süni intellekt biznesi gözləntiləri üstələyir: rüblük gəlir 4,4 milyard dollar

SpaceX üçüncü rübdə 4,4 milyard dollar xalis mənfəət əldə edib və süni intellekt biznesi bu nəticədə əsas rol oynayıb.

Google Amazon ilə birlikdə Nvidia-nın süni intellekt bazarındakı mövqeyinə hücum edir

Google, Amazon-un ardınca PyTorch istifadəçiləri üçün yeni alət buraxıb. Alət süni intellekt tətbiqlərini Nvidia qrafik prosessorlarından asanlıqla köçürməyə imkan verir.

SpaceX məzunlarının aviasiya startapı Reliable Robotics 115 milyon dollar cəlb edib

SpaceX məzunlarının yaratdığı aviasiya startapı Reliable Robotics D seriyalı raundu genişləndirərək 115 milyon dollar cəlb edib. Şirkətin qiymətləndirməsi 1 milyard dolları keçib.

Kazaxıstan məhkəməsi Coinbase və digər beş birjaya lisenziyasız xidməti qadağan etdi

Kazaxıstan məhkəməsi Coinbase və daha beş kripto birjasının Astana Beynəlxalq Maliyyə Mərkəzində lisenziyasız kripto xidmətləri göstərməsini qadağan edib.
spot_img