Azərbaycanda “card to card” əməliyyatlarının AÖS üzərindən aparılmasına başlanılıb

Azərbaycanda kartdan karta köçürmə (“card to card”) əməliyyatlarının Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlanılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Məlumata görə, “card to card” əməliyyatlarının kart prosesinq sistemindən Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlanılması bankların daxili infrastrukturunda əsas dəyişiklik yaradır və onlara bir sıra üstünlüklər qazandırır.

Qeyd olunub ki, əsas üstünlüklərdən biri bankların xərclərinin azalmasıdır. Belə ki, AÖS üzrə bu növ əməliyyatlar üçün Mərkəzi Bank tərəfindən xidmət haqqı tətbiq edilmir. Eyni zamanda, AÖS vasitəsilə hesablar arasında aparılan köçürmələr anında – bir neçə saniyə ərzində həyata keçirilir. Bankların xərclərinin və proseslərinin optimallaşması nəticəsində vətəndaşlara daha səmərəli xidmətlər və daha yaxşı müştəri təcrübəsi təqdim etmək imkanı yaranır.

Məlumata əsasən, keçid prosesi artıq mərhələli şəkildə başlayıb və bir çox banklar AÖS üzərindən “card to card” əməliyyatlarını aktivləşdiriblər.

Mərkəzi Bankdan bildirilib ki, bu keçid kibertəhlükəsizlik və fırıldaqçılıq risklərinə qarşı nəzarəti də gücləndirir: “Ənənəvi kart şəbəkəsi üzərindən aparılan köçürmələrdə bank yalnız kartın 16 rəqəmi əsasında məlumat əldə etdiyi halda, AÖS-də əməliyyatlar hesab səviyyəsində aparıldığından həm göndərən, həm də alan tərəf daha dəqiq identifikasiya olunur. Bu isə fırıldaqçılıq məqsədli əməliyyatların real vaxt rejimində daha operativ aşkarlanmasına imkan verir. Eyni zamanda, kart şəbəkələri üzərindən aparılan “card to card” əməliyyatlarında kart məlumatlarının oğurlanması və klonlaşdırılması ilə bağlı risklər mövcud idi. AÖS-də isə əməliyyatlar hesablar üzərindən getdiyi üçün bu tip risklər əhəmiyyətli dərəcədə azalıb”.

spot_imgspot_img

Oxşar xəbərlər

Elon Musk-ın X platforması bitcoin və səhm ticarətini timeline-a gətirir

Elon Musk-ın X platforması cashtag-lər vasitəsilə canlı bitcoin və səhm qrafiklərinə çıxış imkanı yaradıb.

Rusiyada Ozon və satıcıları üçün vergi güzəşti müzakirə olunur

Rusiya Maliyyə Nazirliyi Ozon marketplace-i və satıcıları üçün vergi ödənişlərinin təxirə salınması variantını müzakirə edir.

AMD 1 trilyon dollarlıq bazar kapitallaşmasını keçməyə hazırlaşır

AMD səhmləri 10% bahalaşaraq tarixi zirvəyə çatıb və şirkət ilk dəfə 1 trilyon dollarlıq bazar kapitallaşmasını keçə bilər.

Binance İran sanksiyaları ilə bağlı ABŞ prokurorlarının araşdırmasına düşdü

ABŞ federal prokurorları Binance-in İrana qarşı sanksiyaları pozub-pozmadığını araşdırır; Manhetten prokurorluğu və Ədliyyə Nazirliyi prosesə qoşulub.

Google Googlebook noutbuklarını təqdim etdi: Android və ChromeOS birləşir

Google yeni Googlebook noutbuk xəttini təqdim edib: Android və ChromeOS birləşir, Gemini Intelligence inteqrasiyası var.
spot_img