Azərbaycanda bank sektoru rəqəmlərlə

Ölkəmizdə əsas inkişaf edən sektorlardan biri bank sektorudur. Son illər də həm bank, həm də “Fintech” sektorunda inkişaf göz önünüdədir. “Sandbox”un tətbiq edilməsi, maliyyə sektorundakı tənzimləmələr buna nümunədir. Gəlin bank sektoruna rəqəmlərlə baxaq.

• 30 iyun 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 486, şöbələrinin sayı 91, ATM-lərin sayı 3,086 olmuşdur. Bank işçilərinin sayında artım trendi cari ilin iyun ayında da davam etmişdir. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.1% və ya 35 nəfər artaraq 24,223 nəfər təşkil etmişdir.

• Fəaliyyətdə olan bankların cəmi aktivləri 50,328.1 mln. manat, cəmi öhdəlikləri 44,086.3 mln. manat, balans kapitalı 6,241.8 mln. manat olmuşdur.

• İyun ayında bankların kredit portfeli 1.1% və ya 271.3 mln. manat artaraq 25,429.5 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.6% (13,874.8 mln. manat); ıı) istehlak kreditləri – 30% (7,633.8 mln. manat) və ııı) ipoteka kreditləri – 15.4% (3,920.8 mln. manat). 

• Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.6 faiz bəndi azalaraq 33.9% təşkil etmişdir.

• 2024-cü ilin yanvar – iyun ayında banklar tərəfindən 614 mln. manat xalis mənfəət, 875.5 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 124.1 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir. 

• Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 224 min ədəd artaraq 18 milyon 91 min ədəd təşkil etmişdir. 

• 2024-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,103 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5,122 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 972 mln. manatı POSterminallar, 7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.5%-ni təşkil etmişdir. 

spot_imgspot_img

Oxşar xəbərlər

MSI Raider 16 HX Oyun və AI Noutbuku İnceləməsi

MSI Raider 16 HX oyun və süni intellekt üçün güclü performans təklif edən yeni noutbuk modelidir.

2026-cı ildə Rusiyada 11 Geyim Markası Bütün Mağazalarını Bağladı

Rusiyada 11 geyim markası 2026-cı ildə bütün mağazalarını bağlayaraq yalnız onlayn satışa keçdi.

NVIDIA-nın Satışa Çıxmadığı GeForce RTX 2080 Ti SUPER Prototipi Üzə Çıxdı

NVIDIA-nın heç vaxt satışa təqdim etmədiyi GeForce RTX 2080 Ti SUPER prototipi eBay-də ortaya çıxdı.

Tokenləşdirilmiş Xəzinə Bazarları 14.6 Milyard Dollara Çatdı

Tokenləşdirilmiş xəzinə bazarları 14.6 milyard dollara yüksələrək Wall Street və kriptovalyuta birləşməsini göstərir.

Michael Saylor Bitcoin satışını müdafiə etdi: Strategy-nin rəqəmsal kredit işi

Michael Saylor Strategy-nin Bitcoin satışını izah edərək, bunun rəqəmsal kredit biznesi üçün zəruri olduğunu bildirib.
spot_img