Azərbaycanda AZQR ilə ödənişlərin tətbiqi genişləndirilir

Azərbaycanda AZQR standartı üzrə ödənişlərin tətbiqində növbəti mərhələyə keçid edilib. 2024-cü ilin avqust ayından etibarən ABB-nin POS-terminallarında AniPay QR vasitəsilə ödəniş imkanı istifadəyə verilib.

Bu barədə ABB-nin Tərəfdaşlıq Əlaqələri Departamentinin direktor müavini Afag Yusifzadə Linkedin platformasında məlumat verib.

Məlumata görə, ilkin mərhələdə AZQR ilə ödənişlər əsasən ABB Mobile tətbiqi üzərindən həyata keçirilib. Sonradan müştəri təcrübəsinin sadələşdirilməsi məqsədilə tətbiqdə widget funksiyası əlavə olunaraq QR oxutma prosesi birbaşa keçid formasında optimallaşdırılıb.

Mərkəzi Bankın dəstəyi ilə hesab əsaslı ödəniş metodlarının təşviqi çərçivəsində digər banklar da mərhələli şəkildə AZQR standartlı QR kodların oxudulmasını öz mobil tətbiqlərində aktivləşdirir. Hazırda 5 bankın mobil tətbiqi vasitəsilə AZQR ödənişləri real mühitdə dəstəklənir.

Bildirilib ki, ABB-nin POS-terminalları AZQR ödənişlərini qəbul etməyi dəstəkləyir. Növbəti mərhələdə bazarda AZQR standartını dəstəkləyən mobil tətbiqlərin sayının artırılması nəzərdə tutulur.

Qeyd olunub ki, AZQR ödənişləri satış məbləğinin partnyor hesabına dərhal mədaxil edilməsidaha sərfəli bank komissiyaları kimi üstünlüklər təqdim edir və bu da həllin ticarət tərəfdaşları üçün cəlbediciliyini artırır.

spot_imgspot_img

Oxşar xəbərlər

Menlo Ventures 3 milyard dollarlıq yeni fonlarla süni intellektə investisiya edir

Menlo Ventures, 3 milyard dollarlıq yeni fonlarla süni intellekt və e-ticarət sahəsindəki startup-lara investisiya edəcək.

Agility Robotics SPAC vasitəsilə 2.5 milyard dollarlıq sövdələşmə ilə birjaya çıxır

Humanoid robot startupı Agility Robotics, SPAC vasitəsilə 2.5 milyard dollar dəyərində birjaya çıxmağı planlaşdırır.

Bitcoin 62.000 dollar səviyyəsində dalğalanır, ayılar bazarı sıxışdırır

Bitcoin 62.500 dolların üzərində qalır, lakin ayıların təzyiqi səbəbindən bazar zəifdir.

Süni intellekt səhmlərində qızışma korreksiya riskini artırır

Süni intellekt şirkətlərinin səhmlərində volatillik artır, kəskin korreksiya riski yüksəlir.

Bitcoin 60.000 dollara düşdü, süni intellekt investisiyaları diqqət çəkir

Bitcoin 60.000 dollar səviyyəsinə geriləyib, investorlar diqqətini süni intellekt sektoruna yönəldib.
spot_img