Azərbaycanda 25 milyon dollarlıq SABAH.fund vençur fondu yaradıldı

SABAH.HUB İnnovasiya Mərkəzi 25 milyon dollarlıq vençur kapital fondu olan “SABAH.fund”-ın yaradılmasını böyük qürurla elan edir. Fond, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarını əhatə edən ilk vençur kapital fondu olaraq ilkin investisiya mərhələsinin bağlanışında (“first close”) 11 milyon dollar cəlb etməklə Azərbaycanın ən böyük vençur kapital fonduna çevrilmişdir.

“SABAH.fund”-ın əsas tərəfdaşları Rəhim Bayramlı və Abbas Kazmidir, investorları arasında isə “Moonwake Investment”, SOCAR, “Integrity Group”, Azərbaycan İnvestisiya Şirkəti və digər şirkətlər yer alır. “SABAH.fund” sərhədləri aşan bir vençur kapital fondu olaraq, SABAH.HUB İnnovasiya Mərkəzinin “Techplomacy” təşəbbüsünə dəstək vermək məqsədi daşıyır. Fond innovativ sahibkarları dəstəkləyərək, əsas sahələrdə və sürətlə inkişaf edən regionlarda texnoloji irəliləyişlərə təkan verməyi hədəfləyir.

Fondun investisiya strategiyasına görə birinci dərəcəli sahələr “FinTech”, “CleanTech” və “EdTech”-dir. İkinci dərəcəli sahələr isə rəqəmsal sağlamlıq, “AgriTech”, “PropTech” və “LogisticsTech”-dir. SABAH.fund regionda ən perspektivli və yenilikçi texnologiya startaplarına toxumdan əvvəlki (pre-seed) və toxum (seed) mərhələlərində investisiya edəcəkdir.

Fondun idarə olunması geniş təcrübəyə malik olan Rəhim Bayramlı və Abbas Kazmi tərəfindən həyata keçirilir. Rəhim Bayramlı, SABAH.HUB İnnovasiya Mərkəzinin icraçı direktorudur. O, London İqtisadiyyat Məktəbinin (LSE) məzunu olaraq, əvvəllər McKinsey-də strateji məsləhətçi kimi çalışmış, həmçinin “Push30” və “LANDAU School” kimi bir neçə uğurlu layihənin həmtəsisçisidir. Abbas Kazmi isə “Forbes 30 Under 30”, “Maserati 100” kimi nüfuzlu mükafatlarla təltif olunmuş sahibkar və vençur kapital investorudur. O, həmçinin Oksford Universitetinin məzunu və Saïd Biznes Məktəbində Sahibkarlıq Eksperti kimi fəaliyyət göstərmişdir.

Rəhim Bayramlı fondun gələcəyi ilə bağlı fikirlərini bölüşüb: “SABAH.fund qlobal ambisiyaları olan şirkətləri dəstəkləməyə sadiqdir. Məqsədimiz Qafqaz, Orta Asiya və “MENA” regionlarında texnologiya və təhsil üçün innovasiya körpüləri qurmaqdır.” Abbas Kazmi isə qeyd edib ki: “SABAH.fund, investorlar üçün həm yüksək maliyyə gəlirləri əldə etməyi, həm də əhəmiyyətli tarixi dəyişikliklərə səbəb olmağı hədəfləyir.”

SABAH.HUB İnnovasiya Mərkəzi, üç illik fəaliyyət dövründə yüzlərlə startapın inkişafına dəstək olmuş və minlərlə şəxsin innovasiya ekosistemi haqqında məlumatlanmasını təmin etmişdir. SABAH.HUB-ın əsas missiyası, vençur kapitalı və insan kapitalının inkişafı vasitəsilə startap ekosistemini böyütməkdir. SABAH.fund-ın istifadəyə verilməsi isə innovativ həlləri tam şəkildə dəstəkləməyə hazır olduğumuzu göstərir. Daha ətraflı məlumat üçün: sabahhub.com/fund

spot_imgspot_img

Oxşar xəbərlər

Google Earth-ün süni intellekt funksiyası tənqidlərdən sonra ləğv edildi

Google, saxta görüntüləri real xəritələrə əlavə edən Earth AI funksiyasını güclü tənqidlər səbəbindən bir gün sonra yayımdan götürüb.

Wildberries zərər çəkmiş bizneslərə dəstək vəd edir

Wildberries təsisçisi, yanğın hadisəsindən zərər çəkmiş satıcılara dəstək veriləcəyini açıqlayıb. O, saxtakar vəkillərə inanmamağı tövsiyə edib.

Sam Altman: süni intellekt sahəsində sürəti azaltmağın vaxtı çatıb

Sam Altman, süni intellektin inkişaf sürətinin azaldılmasını və təhlükəsizlik tədbirlərinin artırılmasını istəyir. OpenAI-nin modelinin test mühitindən çıxması bu qərarı sürətləndirib.

Binance qurucusu CZ Coldcard hücumundan sonra cüzdanların diversifikasiyasına çağırır

Binance qurucusu CZ, Coldcard cüzdanındakı 70 milyon dollarlıq təhlükəsizlik boşluğundan sonra kripto istifadəçilərinə vəsaitləri diversifikasiya etməyi tövsiyə edir.

AMB investisiya şirkətlərində müştəri hüquqlarını qoruyacaq

Azərbaycan Mərkəzi Bankı investisiya şirkətlərində müştəri hüquqlarının müdafiəsi üçün yeni korporativ idarəetmə standartları təsdiqləyib.
spot_img