Azərbaycan “TikTok”la rəqəmsal infrastrukturun təkmilləşdirilməsini müzakirə edib

Azərbaycan “TikTok” şirkəti ilə rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanmasını müzakirə edib.

İqtisadiyyat Nazirliyi istinadən xəbər veririk ki, müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin “TikTok”un platforma strategiya rəhbəri Junjiao Bai və şirkətin dövlət orqanları və korporativ məsələlər üzrə direktoru Sergey Sokolov ilə keçirdiyi görüşd aparılıb.

Tərəflər Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, “TikTok Startap Akademiyası”nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları, eyni zamanda vergilər, maliyyə savadlılığı və ümumilikdə ölkənin iqtisadi prioritetləri haqqında məlumatlandırma və maarifləndirmə üçün kontentlərin hazırlanması barədə fikir mübadiləsi aparıblar.

Dünya iqtisadiyyatında sürətli rəqəmsallaşma və bu xüsusda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Azərbaycanda da rəqəmsal infrastrukturun təkmilləşdirilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqinə, innovativ texnologiyaların tələblərinə uyğun bilik və bacarıqları olan insan kapitalının formalaşdırılmasına xüsusi önəm verilir.

Rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən təhsil, səhiyyə və digər sferalarda tətbiqi dayanıqlı inkişaf drayverlərinin hərəkətə gətirilməsini, ölkəmizin yeni qlobal trendlərə uyğunlaşmasını təmin edəcək”, – məlumatda deyilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Nvidia 37 üzvdən ibarət süni intellekt təhlükəsizlik alyansı yaratdı

Nvidia 37 üzvdən ibarət AI təhlükəsizlik alyansı qurdu, böyük AI şirkətləri iştirak etmir.

Bulud məlumat şirkəti Storj 11-ci fəsil iflasını elan etdi, tokeni 16% düşdü

Storj şirkəti 11-ci fəsil iflası üçün müraciət etdi. Token qiyməti 16% ucuzlaşdı. Şirkət fəaliyyətini davam etdirəcəyini bildirir.

Binance-in qurucu ortağı CZ ASEAN-da kripto lisenziya pasportlaşdırmasını dəstəklədi

Binance-in qurucu ortağı CZ, Cənub-Şərqi Asiya ölkələrində kripto lisenziyalarının pasportlaşdırılmasını dəstəklədi. Bu, xərcləri azaldıb rəqabəti artıra bilər.

Claude istifadəçilərinin paylaşılmış söhbətləri Google axtarışında indeksləndi

Claude-un paylaşma xüsusiyyəti istifadəçi söhbətlərini Google indeksinə açdı. Anthropic hadisəni araşdırır.

Satya Nadella deyir ki, tək bir süni intellektə güvənən şirkətlər yaşamaya bilər

Microsoft CEO-su Satya Nadella, şirkətlərin yalnız bir süni intellekt modelinə güvənməsinin uzunmüddətli uğursuzluğa gətirib çıxaracağını bildirdi.
spot_img