Azərbaycan məhsullarının Kaliforniyaya ixrac imkanları müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və “Meetup Networking Club”un birgə təşkilatçılığı ilə Azərbaycan məhsullarının ABŞ-nin Kaliforniya ştatına ixracına dair onlayn görüş keçirilib.

Wecom Mərkəzə istinadən xəbər verir ki, görüşdə “Azexport”un rəhbəri Ayxan Qədəşov Kaliforniyada yerləşən “BGS Group” şirkətinə həm portalın, həm də Azərbaycan məhsullarının onlayn təqdimatını edib.

“BGS Group” ABŞ-nin “Sysco”, PFG, “Walmart”, “Afflink”, “US. Foods”, “Costco” və CVS kimi 10-dan artıq iri ticarət şəbəkəsinin məhsulla təchiz edilməsi sahəsində ixtisaslaşıb.

Bu istiqamət üzrə əməkdaşlıq etmək istəyən şəxslər “Azexport” portalı vasitəsilə müraciət edə bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

ABŞ Poçt Xidməti Çin Dövlət Poçt Operatorlarından Bəzi Bağlamaların Qəbulunu Dayandırdı

"Növbəti bildirişədək" məhdudiyyət qüvvədədir. ABŞ Poçt Xidməti (USPS) bəyan edib...

“Google” süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib

“Google” şirkəti süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə...

“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən...

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənir. Bu, Milli Məclisin Aqrar siyasət...
spot_img