Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə yaradılan Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) açılış mərasimi keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli innovasiya ekosistemi iştirakçıları və digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov giriş nitqində sürətlə inkişaf edən ölkələrdə startap ekosistemlərinin önəmini qeyd edərək, AİM kimi innovasiya mərkəzlərinin əsas rola sahib olduğunu vurğulayıb. O bildirib ki, “Azərbaycan İnnovasiya Mərkəzi yalnız bir ofis deyil, böyük bir ekosistemin əsas oyunçusudur. Burada startaplar inkubasiya və akselerasiya proqramlarına qatılaraq, investorlarla görüşlər keçirmək, tərəfdaşlıq qurmaq və layihələrini tanıtmaq şansı əldə edəcəklər.” Samir Məmmədov əlavə edib ki, AİM Azərbaycanda fəaliyyət göstərmək istəyən yerli və xarici şirkətlərə uyğun icarə şərtləri və müxtəlif üstünlüklər təqdim edir.

İRİA-nın İdarə Heyətinin sədri İnarə Vəliyeva öz çıxışında qeyd edib ki, startaplar innovasiya ekosisteminin mərkəzində yer alır və AİM kimi mərkəzlərin yaradılması ölkə üçün çox böyük önəm daşıyır: “AİM Bakıda bir neçə məkanda fəaliyyət göstərəcək, yaxın gələcəkdə isə Sumqayıt və Gəncədə də genişlənəcək. Bu sayədə regionlarda yaşayan yenilikçi vətəndaşlarımız da öz ideyalarını həyata keçirmək imkanına sahib olacaqlar.”

Tədbirdə İRİA-nın İnvestisiyalar və Ekosistemə Dəstək şöbəsinin rəhbəri Ağahüseyn Əhmədov və AİM-in rəhbəri Elvin Hacıyev mərkəz haqqında geniş məlumat veriblər. Digər çıxışçılar – İRİA-nın texnoparkların inkişafı üzrə eksperti Dominik Piotet, “PAŞA Future Lab”ın icraçı direktoru Fərrux Əliyev və “Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərim AİM kimi mərkəzlərin ölkədəki əhəmiyyəti haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, Azərbaycan İnnovasiya Mərkəzi texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz kimi fəaliyyət göstərəcək. Bununla yanaşı, AİM daha çox beynəlxalq tərəfdaş və şirkət cəlb etməyi, startaplara dəstək proqramlarını genişləndirməyi və onların qlobal bazarlara çıxışını təmin etməyi planlaşdırır. AİM-in məqsədi texnologiya və innovasiyaların iqtisadiyyatda mühüm rol oynadığı güclü bir ekosistem oyunçusu olmaqdır.

spot_imgspot_img

Oxşar xəbərlər

XRP 1 dolların altına düşdü, Cənubi Koreya bankı Ripple Payments-ı qəbul etdi

XRP 1 dolların altına düşdü, Cənubi Koreya bankı Ripple Payments-ı qəbul etdi.

Moonshot AI: Apple-da işləməkdən imtina edən CEO Çində Anthropic-ə rəqib yaratdı

Moonshot AI-nin CEO-su Yan Cilin Apple-da işləməkdən imtina edib, Çinə qayıdıb və Anthropic-ə rəqib yaradıb.

Bitkoin 64 min dolları keçdi, əksər altkoinlər gerilədi

Bitcoin 64 min dolları keçdi, lakin əksər altkoinlər gerilədi.

Shein Honkonqda IPO zamanı qiymətləndirməsinin 25 milyard dollara düşəcəyini gözləyir

Shein Honkonqda IPO zamanı qiymətləndirməsinin 25 milyard dollara düşəcəyini gözləyir. Bu, şirkətin əvvəlki 100 milyard dollarlıq dəyərinin dörddə biridir.

CFTC süni intellekt hesablama fyuçersləri üçün ictimai rəy istəyir

CFTC, süni intellekt hesablama gücü üzrə fyuçers müqavilələri üçün ictimai rəy sorğusu başladıb. CME oktyabrda bu məhsulu işə salmağı planlaşdırır.
spot_img