Azərbaycan “Binance”la milli iqtisadiyyatda blokçeynin tətbiqini müzakirə edib

Azərbaycan “Binance” şirkəti ilə milli iqtisadiyyatda blokçeyn texnologiyalarının tətbiqi və birgə tədbirlərin təşkili məsələlərini müzakirə edib.

Wecom.az İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) istinadən xəbər verir ki, müzakirələr 4SİM-in icraçı direktoru Fariz Cəfərovun “Binance”ın Baş Marketinq Direktoru Reyçel Konlanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub.

Tərəflər həmçinin universitetlər, təhsil müəssisələri və ekosistemin iştrakçıları ilə koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə də məlumat verilib.

spot_imgspot_img

Oxşar xəbərlər

HSBC Honq Konq dolları ilə stabilkoin buraxaraq pərakəndə ödənişlərə çıxır

HSBC Honq Konq dollarına bağlı stabilkoin buraxıb. RedCoin əvvəlcə PayMe istifadəçilərinə təqdim olunacaq, sonra institusional istifadə planlaşdırılır.

Asiyada stablecoin körpüsü genişlənir: Malayziya və Tailand Sinqapura qoşuldu

Malayziya və Tailand Sinqapurun rəhbərlik etdiyi BLOOM stablecoin layihəsinə qoşulduğunu elan edib. Təşəbbüs sərhədyanı ödənişlərin xərclərini azaltmağı hədəfləyir.

Google Meet Türkcə daxil 63 dildə real vaxt rejimində tərcümə təqdim edir

Google Meet platforması Gemini modeli ilə işləyən real vaxt danışıq tərcüməsini 63 dilə genişləndirib. Türk dili də bu siyahıya daxildir.

Azərbaycanda ən rentabelli kənd təsərrüfatı məhsulları açıqlandı

Azərbaycanda ən rentabelli kənd təsərrüfatı məhsulları açıqlanıb. Bostan məhsulları 64,4 faiz gəlirliliklə liderdir.

Ethereum Glamsterdam testini təxirə saldı: təhlükəsizlik riski

Ethereum tərtibatçıları Glamsterdam yeniləməsinin test mərhələsini təhlükəsizlik riskləri səbəbindən dayandırıb.
spot_img