Amerikalı Citibank-ı məhkəməyə verib — səbəb: bankın onu dələduzlara pul köçürməyə “imkan verməsi”

İddiaçı Maykl Zidel 4 milyon dolları dələduzların Citibank-da saxladıqları hesablara göndərib. Ümumilikdə isə o, təxminən 20 milyon dollar itirib.

2023-cü ildə Zidel sosial şəbəkələrdə tanış olduğu “onlayn rəfiqəsi”nin təklifi ilə NFT-yə investisiya qoymağa qərar verib. Həmin şəxs ona “trading” platforması məsləhət görüb, Zidel orada qeydiyyatdan keçib və “aktivlər alıb”. Platformanın ödəniş üçün müxtəlif banklara köçürmə tələb etməsi — guya “müştərilərin böyük depozit həcmlərinə görə” — onu şübhələndirməyib. Bir neçə ay sonra isə sayt bağlanıb.

İndi Zidel Citibank-ı səhlənkarlıqda günahlandırır:

“Bank belə böyük məbləğlərlə açıq-aşkar şübhəli əməliyyatları görməli idi, amma heç nə etmədi. Buna görə hesab edirəm ki, o, dələduzlara şərik olub.”

Citibank hələ ki, iddia ilə bağlı rəsmi şərh verməyib. Zidel-in digər banklara da qarşı məhkəmə iddiası qaldırıb-qaldırmayacağı isə bilinmir.

ProPublica yazır ki, ABŞ və digər ölkələrin maliyyə qurumları bənzər dələduzluq sxemlərinin geniş yayılmasına baxmayaraq, müştərilərin yoxlanılması və çirkli pulların yuyulmasının qarşısını almaq üçün “sistemli şəkildə” yetərli tədbirlər görmürlər. Amerikalı banklarda hesabları “icarəyə götürmək” sosial şəbəkələrdəki “qara bazar” vasitəsilə mümkündür. Dələduzlar bu hesablar vasitəsilə “qurbanlardan” alınan pulları kriptovalyutaya çevirirlər.

Bu sxemi əsasən müasir dövrün “ən güclü cinayət şəbəkəsi” hesab edilən Çin qruplaşmaları həyata keçirirlər. Onlar Kamboca, Laos və Myanmada mühafizə olunan düşərgələr idarə edir, buradan internet vasitəsilə dünya üzrə qurban axtarır və onları mərhələli şəkildə “investisiyalara” inandırırlar. Bu dələduzluq sxemi “donuz kəsimi” adlanır və Çin sindikatlarına ildə təxminən 44 milyard dollar qazandırır.

spot_imgspot_img

Oxşar xəbərlər

Insomniac Marvel’s Wolverine oyununda süni intellekt istifadə etdiyini təkzib etdi

Insomniac Games Marvel's Wolverine oyununda süni intellekt istifadə edildiyi barədə iddiaları təkzib edib.

ScrollEd dərslikləri TikTok formatına çevirən startup kimi təqdim olundu

Palo Alto mərkəzli ScrollEd dərslikləri sürüşdürülə bilən sosial media lentinə çevirən yeni startup kimi təqdim olunub.

Gemini səhmləri IPO-dan sonra 80% ucuzlaşdı: satınalma ehtimalları artır

Kripto platforması Gemini-nin səhmləri IPO-dan sonra 80% dəyər itirib və bu, satınalma söhbətlərini yenidən gündəmə gətirib.

Donald Trump süni intellektin adını dəyişmək istəyir: AI Force planı

Donald Trump süni intellekt təhlükəsizliyi müzakirələrini tənqid edib, texnologiya üçün yeni ad və AI Force qurumu təklif edib.

108 illik Birinci Dünya Savaşı şifrəsi süni intellektlə çözüldü

108 ildir çözülməyən Birinci Dünya Savaşı dövrünə aid Alman şifrəsi GPT-Astra adlı süni intellekt sistemi tərəfindən deşifrə edilib.
spot_img