AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən bütün banklarda ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı məcburi standartlar tətbiq edəcək.

Bunu qurumun İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, AMB PCI DSS standartını (Payment Card Industry Data Security Standard) bütün banklar və ödəniş təşkilatları üçün tətbiq etməyi planlaşdırır: “Ödəniş sahəsində PCI DSS adlı beynəlxalq təhlükəsizlik standartı mövcuddur. Gələn ildən etibarən bu standart üzrə sertifikatlaşdırmanın təkcə prosessinq mərkəzi olan banklar üçün deyil, prosessinqi olmayan banklar üçün də hər il məcburi şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Eyni yanaşmanın ödəniş təşkilatlarına da tətbiq olunması planlaşdırılır. Məqsəd maliyyə sektorunda təhlükəsizlik və etibarlılığı daha da artırmaqdır”

AMB rəsmisi qeyd edib ki, məlumatların keyfiyyəti və təmizliyinin təmin edilməsi istiqamətində də işlər aparılır: “Məsələn, KYC və digər sistemlərdə daxil olan məlumatlar digər məlumatlarla uyğun gəlmədikdə, düzgün məlumat müvafiq platformalardan götürülərək dəqiqləşdirilir və səhv məlumat göndərən tərəfə bu barədə dərhal bildiriş göndərilir. Bununla da sektor üzrə məlumatların dəqiqliyinin və təmizliyinin təmin edilməsi hədəflənir”.

spot_imgspot_img

Oxşar xəbərlər

Michael Saylor Bitcoin satışını müdafiə etdi: Strategy-nin rəqəmsal kredit işi

Michael Saylor Strategy-nin Bitcoin satışını izah edərək, bunun rəqəmsal kredit biznesi üçün zəruri olduğunu bildirib.

SpaceX IPO-sunun 18 min Bitcoin-ə təsiri nə olacaq?

SpaceX-in 18 000 Bitcoin ehtiyatı IPO ilə birlikdə diqqət mərkəzindədir. Bu, BTC bazarına müsbət təsir göstərə bilər.

Relai rəhbəri: Süni intellekt Bitcoin likvidliyini çəkir, amma pullar qayıdacaq

Relai rəhbəri süni intellekt sektorunun Bitcoin likvidliyini çəkdiyini, lakin vəsaitlərin qayıdacağını proqnozlaşdırır.

Bitcoin 65 min dollara yaxınlaşdı: Tramp İran sülh müqaviləsini elan etdi

ABŞ Prezidenti Tramp İranla sülh müqaviləsi elan edib. Bitcoin bu xəbərlə 65 min dollara yaxınlaşdı.

Havada şarj olan dron sürüsü 7/24 vəzifə yerinə yetirəcək

Havada şarj ola bilən dron sürüsü SWARM, 7/24 fasiləsiz missiyaları yerinə yetirmək üçün hazırlanıb.
spot_img