Amazon-un gəliri artsa da, proqnozdan aşağı olub

2024-cü ilin ilin ikinci rübündə Amazon şirkətinin gəlirləri artsa da, proqnozdan aşağı olub.

ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un balans hesabatının açıqlayıb.

“Amazon”un gəliri bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 147,9 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə şirkətin gəliri 134,4 milyard dollar olmuşdu.

Amazonun ikinci rübdə gəliri, bazarın proqnozu olan 148,56 milyard dollardan aşağı olub. 

Şirkətin bu dövrdə xalis mənfəəti 13,5 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə Amazon-un xalis mənfəəti 6,8 milyard dollar olmuşdu.

E-ticarət nəhənginin keçən ilin ikinci rübündə 65 sent olan səhmbaşına mənfəəti bu ilin ikinci rübündə 1,26 dollara yüksəlib.

Amazon-un səhmbaşına mənfəəti ilə bağlı bazar proqnozu 1,03 dollar idi.

spot_imgspot_img

Oxşar xəbərlər

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...
spot_img