Amazon, Perplexity-nin süni intellekt brauzerinə alış-veriş qadağası qoymağı tələb etdi

Amazon, süni intellekt startapı Perplexity-dən onun Comet adlı İA-brauzerinə istifadəçilər adından alış-veriş etmə funksiyasını dayandırmağı tələb edib. Şirkət bu funksiyanın məxfilik qaydalarını pozduğunumüştəri təcrübəsini pisləşdirdiyini iddia edir.

Perplexity isə bu addımı “təzyiq” və “rəqabəti boğma cəhdi” kimi qiymətləndirib.

Amazon-un iddiası: “Comet istifadəçi məlumatlarına icazəsiz çıxış edir”

Amazon Perplexity-yə qarşı məhkəmə tələbi təqdim edib və şirkəti “kompüter fırıldağı”nda ittiham edib. Bloombergin məlumatına görə, Amazon eyni zamanda rəsmi iddia ərizəsi də verib.

İT nəhənginin açıqlamasına əsasən, Perplexity Comet brauzerindəki süni intellekt agentlərinin istifadəçilər adından necə hərəkət etdiyini açıqlamayıb. Amazon bildirir ki, dəfələrlə şirkətə bu funksiyanı deaktiv etmək barədə müraciət göndərsə də, Perplexity buna əməl etməyib.
Amazon həmçinin bəyan edib ki, Perplexity-nin onun platformasına, istifadəçi hesablarına və ya məlumatlarına giriş icazəsi yoxdur.

Perplexity-dən cavab: “Amazon bazar gücündən istifadə edir”

Perplexity rəhbərliyi Amazon-u “aqressiv hüquqi təhdidlər” göstərməkdə və bazardakı dominant mövqeyindən rəqabəti məhdudlaşdırmaq məqsədilə istifadə etməkdə günahlandırıb.
Şirkət bildirir ki, Amazon bu addımı rəqib süni intellekt texnologiyalarını sıxışdırmaq üçün atır.

Reuters xatırladır ki, Amazon özü də alış-veriş prosesini asanlaşdırmaq məqsədilə IA agentləri və süni intellekt funksiyaları üzərində çalışır.

“Amazon müştəri məmnuniyyətini deyil, gəlir modelini qoruyur

Perplexity nümayəndələrinin bəyanatında deyilir:

“Amazon əslində sevinməlidir. Alış-veriş nə qədər asan olsa, bir o qədər çox əməliyyat və məmnun müştəri deməkdir. Amma Amazon üçün əsas məsələ bu deyil — o, daha çox reklamlar, sponsorlu nəticələr və əlavə satış imkanları ilə istifadəçi qərarlarına təsir etmək istəyir.”

Mənbələr: Bloomberg, Reuters

spot_imgspot_img

Oxşar xəbərlər

Rusiyanın M.Video-Eldorado şirkəti top-10 reytinqindən çıxdı

Rusiyanın iri elektronika pərakəndə satış şəbəkəsi M.Video-Eldorado, gəlirlərin azalması və oflayn mağazaların ixtisarı fonunda top-10 reytinqindən çıxıb.

Rusiyada nağd kreditlərin refinanslaşdırılması 209% artdı

Rusiyada nağd kreditlərin refinanslaşdırılması 2026-cı ilin birinci yarısında 209% artıb.

Liquid Network-dəki 3400 bitcoin white hat hakerlər tərəfindən qaytarıldı

Liquid Network-dəki hücumda ələ keçirilən 4000 bitkoindən 3400-ü white hat hakerlər tərəfindən qaytarıldı.

Meta gündəlik işlər üçün yeni Muse süni intellekt köməkçisini təqdim etdi

Meta, istifadəçilərin gündəlik işlərini idarə edən yeni süni intellekt köməkçisi Muse-u təqdim etdi.

Səudiyyə Ərəbistanında e-ticarət satışları iyulda 10 milyard dollara çatdı

Səudiyyə Ərəbistanında Mada kartları ilə e-ticarət satışları iyulda 10 milyard dollara çataraq, regionda rəqəmsal ticarətin sürətli artdığını göstərir.
spot_img