Azərbaycanda süni intellekt sahəsində ilk standartlar tətbiq edilib

Azərbaycanda süni intellektin (AI) inkişafı üzrə milli strategiya çərçivəsində dörd standart tətbiq edilib.

“Report” xəbər verir ki, bunu İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kommersiya direktoru Salar İmaməliyev Bakıda keçirilən “StrategEast: Dövlət və İnformasiya Texnologiyaları Avrasiya Forumu 2025” forumunun açılış mərasimində bildirib.

S.İmaməliyevin sözlərinə görə, ilin əvvəlində hökumət “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nı – davamlı AI ekosisteminin yaradılmasına yönəlmiş hərtərəfli yol xəritəsini təsdiqləyib.

“Bu strategiya zəruri infrastrukturun formalaşdırılmasına, insan kapitalının inkişafına və süni intellektin həm iqtisadiyyata, həm də bütövlükdə cəmiyyətə fayda gətirməsini təmin etməyə yönəlib. Biz artıq beynəlxalq bazar təhlili aparmışıq, qiymətləndirmə metodologiyalarını qlobal standartlarla uzlaşdırmışıq və dövlət qurumları arasında Rəqəmsal Məcəlləni əlaqələndiririk. Bu standartlardan dördü artıq tətbiq edilib və vətəndaşların rifahına xidmət edir”, – o qeyd edib.

S.İmaməliyev vurğulayıb ki, ölkədə süni intellektin tətbiqini sürətləndirmək üçün Süni İntellekt Akademiyası yaradılıb. Bu akademiya strategiyanın həyata keçirilməsinin əsas mərhələlərindən biridir.

“Akademiyanın missiyası qabaqcıl dünya təcrübələrini akademik mühitə inteqrasiya etməkdir. Biz təhsilə və tədqiqatlara diqqət yetiririk, eyni zamanda, tədris proqramları MIT, “Stanford”, “Harvard” və “Carnegie Mellon” kimi universitetlərin səviyyəsinə uyğun olacaq. Lakin bizim hədəfimiz akademiyadan kənara çıxaraq gündəlik həyatı əhatə edir. Yaradılan sistem artıq 98 % dəqiqlik nümayiş etdirir, istifadəçiləri ehtimal edilən cavablarla deyil, etibarlı və hüquqi cəhətdən düzgün nəticələrlə təmin edir”, – İRİA-nın nümayəndəsi əlavə edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Google Gemini ajanı tətbiqlər arası tapşırıqları müstəqil yerinə yetirir

Google yeni Gemini ajanını təqdim edib və bu ajan tətbiqlər arası çoxmərhələli tapşırıqları müstəqil yerinə yetirir.

Bitcoin 82 500 dollar ətrafında sabitləşdi, ether həftəlik 9% itirdi

Bitcoin Trump-ın İran açıqlamasından sonra 82 500 dollara yüksəlib, lakin həftəlik 4% itirib, ether isə 9% geriləyib.

DWF Labs BitGo-ya qarşı 141 milyon dollarlıq iddia qaldırdı

DWF Labs törəmə şirkətləri BitGo-ya qarşı 141 milyon dollarlıq məhkəmə iddiası qaldırıb.

Sam Altman dəstəkli bitcoin sığortaçısı 37,5 milyon dollar investisiya aldı

Kripto sığorta şirkəti Meanwhile Bain Capital Crypto-nun rəhbərlik etdiyi raundda 37,5 milyon dollar cəlb edib.

Manus-un ana şirkəti Butterfly Effect 500 milyon dollardan çox investisiya aldı

Süni intellekt agentləri hazırlayan Manus-un ana şirkəti Butterfly Effect 500 milyon dollardan çox yeni investisiya cəlb edib.
spot_img