Amazon-dan süni intellekt şirkəti Anthropic-ə $2.75 mlrd yatırım edib

Amazon, süni intellekt şirkəti Anthropic -ə 2,75 milyard dollar yatırım edib və beləliklə Amazonun Antropic-ə etdiyi topma yatırım həcmi 4 milyar dollara çatıb.

Bəyanatda bildirilir ki, sənaye meyarlarına görə, model ailəsinin ən ağıllısı olan Claude 3 Opus, əsaslandırma, riyaziyyat və kodlaşdırmada OpenAI-nin GPT-4 də daxil olmaqla, digər mövcud modelləri üstələməklə yeni standart müəyyən edir.

Açıqlamada, məhsuldar süni intellektin inkişafı istiqamətində əməkdaşlığın dərinləşdirildiyi və ötən ilin sentyabrında Anthropic-ə 1,25 milyard dollarlıq ilkin sərmayə qoyulmasından sonra bu gün 2,75 milyard dollarlıq əlavə sərmayə qoyularaq, ümumi sərmayənin 4 milyard dollaradək artırıldığı bildirilib.

ABŞ mətbuatında çıxan xəbərlərdə Amazonun bu investisiyasının şirkətin otuz illik tarixində ən böyük xarici investisiya olduğu bildirilib. Şirkət 2023-cü ilin sentyabrında Anthropic-ə 4 milyard dollara qədər sərmayə qoyacağını və şirkətdə azlıq payına sahib olacağını açıqlamışdı.

Bildirilib ki, əməkdaşlıq Anthropic-in gələcək əsas modellərinin inkişafını sürətləndirmək və onları bulud hesablama xidmətləri göstərən Amazon Web Services (AWS) müştəriləri üçün geniş şəkildə əlçatan etmək məqsədi daşıyır.

spot_imgspot_img

Oxşar xəbərlər

Visa Sinqapurda qlobal imkan mərkəzləri yaradır

Visa Sinqapurdakı yeni mərkəzində süni intellekt, kibertəhlükəsizlik və kvant hesablamaları üzrə altı qlobal imkan mərkəzi yaradıb.

BMO kredit kartı müştəriləri üçün süni intellekt agenti tətbiq edir

BMO kredit kartı müştəriləri üçün AI Agent Assist adlı süni intellekt agentini tətbiq edir.

Alman ekoloji təşkilatı Shein-ə qarşı məhkəməyə müraciət etdi

Alman ekoloji təşkilatı Shein-in geyim məhsullarında zərərli kimyəvi maddələrin normadan artıq olması səbəbilə məhkəməyə müraciət edib.

King Slide süni intellekt server relsləri bazarında liderliyini qoruyur

Tayvanlı King Slide süni intellekt server relsləri bazarında 70-90 faiz paya sahibdir və yüksək marja göstəricisi ilə seçilir.

Alphabet Qualcomm-un süni intellekt data mərkəzi layihəsinə 548 milyon dollar yatırıb

Alphabet Qualcomm-un süni intellekt data mərkəzi təşəbbüsünü dəstəkləmək üçün şirkətə təxminən 548 milyon dollar yatırıb.
spot_img