Amazon Avtomobil satışına start verib

Amazon bu həftə Amerikada Amazon Autos-u işə salmaqla onlayn avtomobil satışlarına rəsmi olaraq start götürüb. Amazon Autos müştərilərə dilerlərdən yeni avtomobillər, yük maşınları və yolsuzluq avtomobilləri tapmaq, sifariş etmək və almaq imkanı verən e-ticarət biznesi olacaq. İlk mərhələdə Amazon, Hyundai ilə birlikdə ABŞ-ın 48 şəhərində, o cümlədən Atlanta, Boston, Çikaqo, Los-Anceles və Nyu-Yorkda satılan avtomobilləri müştərilərinə təhvil verəcək.

Artıq 2025-ci ildən daha çox şəhər və digər istehsalçıları da Amazon-da görmək mümkün olacaq. Alıcılar model, komplektasiya, rəng və xüsusiyyətlərə görə avtomobilləri axtara biləcəklər. Amazon Autos vasitəsilə müştərilər ödəmələri rəsmiləşdirə və sənədləri elektron şəkildə imzalaya biləcəklər.

Şirkət gələn il lizinq və genişləndirilmiş maliyyə imkanlarını əlavə etməyi də planlaşdırdığını bildirib.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img