“AIM Congress”in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı!

7-9 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısı (“AIM Congress”) çərçivəsində təşkil olunacaq Beynəlxalq Startap Yarışmasında dünyanın müxtəlif ölkələrindən olan startaplar layihələrini təqdim edəcəklər.

Yarışmada Azərbaycanı təmsil edəcək startapın seçilməsi üçün “AIM Congress”in dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə milli tura (The National Pitch Competition) start verilir. Qalib ölkəmizi aprel ayında Əbu-Dabidə keçiriləcək “AİM Congress”in Beynəlxalq Startap Yarışmasında təmsil edəcəkdir.

Milli turda iştirak etmək istəyən startaplara dair tələblər aşağıdakı kimidir:

  • “Pre-seed” və ya “Seed” mərhələsində olmalı;
  • komanda 5 nəfərdən ibarət olmalı;
  • komandada ən azı bir nəfər yüksək səviyyəli texniki mütəxəssis olmalı;
  • təqdim olunacaq layihə innovativ və miqyaslana bilən olmalı;
  • layihə texnologiya sektorunu əhatə etməlidir.

Milli turda aşağıdakı sektorlar üzrə startaplar iştirak edə bilərlər:  

  • Dərin texnologiya (DeepTech)
  • Yaşıl texnologiya (Greentech)
  • Metaverse
  • Pərakəndə və elektron ticarət (RetailTech&E-commerce)
  • Kibertəhlükəsizlik (Cybersecurity)
  • Mobillik (Mobility)
  • Əlavə edilmiş və virtual reallıq (AR&VR)
  • Sağlamlıq texnologiyası (HealthTech)

Əbu-Dabidə ölkəmizi təmsil edəcək startap KOBİA tərəfindən formalaşdırılacaq peşəkar münsiflər heyəti tərəfindən seçiləcəkdir. 

Milli turun qalibinin “AIM Congress”də iştirakı üçün aviabilet (bir nəfər üçün gediş-dönüş) və qonaqlama (6-9 aprel tarixləri üçün) xərcləri qarşılanacaqdır. Həmçinin qalib startap “AIM Congress”in sosial şəbəkə hesablarında təşviq olunacaq, tədbir məkanına ödənişsiz daxil olmaq imkanı əldə edəcək və Beynəlxalq Startap Yarışmasında startapını investorlara təqdim etməsi üçün stendlə təmin olunacaqdır.

Son müraciət tarixi: 10 mart 2025-ci il, saat 23:59-dur. 

Müraciət üçün link:

https://startupcompetition.aimcongress.com/event/form/e1f2c1fb-c6e5-4cc4-be95-dc1f55fd08a2

Əlavə məlumat üçün: (+994 12) 404 04 01 (daxili 182), https://startup.aimcongress.com/startup

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img