“Açıq bankçılıq” üzrə təsdiq olunan tələblərə dair açıqlama

Mərkəzi Bankın İdarə Heyətininin 10 dekabr 2024-cü il tarixli 49/3 nömrəli Qərarı ilə “Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi zamanı ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanalları üzrə Tələblər” təsdiq edilib və qərar 21 dekabr 2024-cü il tarixindən qüvvəyə minib.

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, müvafiq Tələblər “Açıq bankçılıq” yanaşmasının tətbiqi məqsədilə təsdiq edilib. Belə ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 62.7-ci maddəsinə əsasən Mərkəzi Banka operator və ödəniş sistemi iştirakçıları, habelə ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanallarının standartlaşdırılmış, təhlükəsiz və etibarlı fəaliyyətinin təşkil olunması məqsədilə tələblər müəyyən etmək hüququ verilib. Bununla da maliyyə bazarlarında “Açıq bankçılıq” yanaşmasının tətbiqi mümkün olub.

Tələblərdə ödəniş hesabına giriş interfeysi üzrə dəstəklənən xidmətlər, interfeys iştirakçılarının fəaliyyətləri və interfeysin istifadə halları əhatə olunub. İnterfeysdən istifadə hallarına ödəniş hesabı üzrə məlumat, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik və açıq məlumat xidmətləri daxil edilib.

Qəbul olunmuş tələblər ölkəmizin maliyyə bazarlarında innovativ xidmət və məhsulların yaradılması, bununla da maliyyə bazarlarında xidmətlərin əlçatanlığının və səmərəliliyinin artırılması, ölkədə rəqəmsal bankçılıq və maliyyə texnologiyaları üzrə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərinin daha müasir müstəvidə qurulması və nəzarət subyektləri arasında tənzimləmə mühitinin qorunmasına xidmət edəcəkdir.

Yeni Tələblər barədə daha ətraflı məlumatla keçid linki vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/assets/1188c545eb180fc9e396d4bf0.pdf

spot_imgspot_img

Oxşar xəbərlər

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...

“PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bank sektorunda...

iyzico ilə Paynet-in birləşməsi tamamlanıb

iyzico-nun Paynet-i satın almasından sonra iki şirkətin birləşmə prosesi...
spot_img