ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçiriləcək!

Sentyabrın 20-də ADA Universitetində “Startup World Cup” yarışması təşkil olunacaq.

Ölkəmizdə innovasiyalar ekosisteminin inkişafına dəstək verən ABB də tədbirin əsas tərəfdaşlarındandır. Dünyanın ən prestijli qlobal startap yarışmalarından sayılan “Startup World Cup”ın təşkilatçıları “Technovate Investments” və “Pegasus Tech Ventures” şirkətləridir.

“Startup World Cup” dünyanın ən yaxşı startaplarını bir araya gətirir. Onların qlobal miqyasda tanınmasına imkan yaradır. Bu baxımdan, sözügedən yarışma gənc sahibkarları və onların innovativ ideyalarını dəstəkləyən unikal platformadır.

Ölkəmizdə belə qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi Azərbaycanın startap ekosisteminin inkişafına, bu sahədə faydalı təcrübələrin formalaşmasına, gənc sahibkarlarımızın beynəlxalq arenada tanınmasına xidmət edir.

“Startup World Cup” tədbirinə tərəfdaşlıq dəstəyi ilə ABB yeni imkanların axtarışında olan gənc sahibkarların yanında olduğunu, onların inkişafına hərtərəfli dəstəyini bir daha nümayiş etdirir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin 65 min dollara enib: analitik dördüncü kapitulyasiya dalğasından danışır

Bitcoin 65 min dollar səviyyəsinə enib, analitiklər dördüncü kapitulyasiya dalğasından danışır, ETF-lərdən isə 2,35 milyard dollar çıxıb.

Metaplanet Bitcoin satışı səbəbindən 170 milyon dollar zərər açıqladı

Metaplanet Bitcoin satışı və qiymətləndirmə itkiləri səbəbindən 170 milyon dollar zərər açıqlayıb.

Blockstream Bitcoin saklama sistemi təqdim etdi: Adam Back sadə təhlükəsizliyi müdafiə edir

Blockstream Thales ilə birlikdə xüsusi avadanlıq əsaslı Bitcoin saklama sistemini təqdim edib.

Qazaxıstan hökumət istiqrazlarını tokenləşdirməyi planlaşdırır

Qazaxıstan növbəti ilin birinci rübündə hökumət istiqrazlarının tokenləşdirilməsini planlaşdırır.

Böyük Britaniya, Sinqapur və Tailand mərkəzi bankları sərhədxarici valyuta hesablaşmalarını sınaqdan keçirir

Böyük Britaniya, Sinqapur və Tailand mərkəzi bankları Project Meridian FX APAC çərçivəsində sərhədxarici valyuta hesablaşmalarını sınaqdan keçirir.
spot_img