ABB kəşbək limitləri artırılacaq

Azərbaycan Beynəlxalq Bankının kartları ilə alış-veriş etdikdə qazanılan kəşbək və onun istifadəsi ilə bağlı yeni dəyişikliklər ediləcək. Belə ki;

– Hazırda bir ay ərzində qazanıla biləcək kəşbək məbləği 100 AZN-dən 300 AZN-dək artacaq.

– Faydalı kəşbək paketi üzrə ay ərzində bir əməliyyat üzrə 30 AZN kəşbək limiti ‘ləğv’ ediləcək. Əvəzinə isə bir kateqoriya üzrə qazanılan kəşbək məbləği 30 AZN təyin olacaq.

– Ay ərzində seçilən paket üzrə və bu paketə daxil olan hər bir kateqoriya üçün 30 AZN kəşbək limit təyin ediləcək.

– Ay ərzində bir kateqoriya üzrə qazanılan 30 AZN kəşbək məbləğini keçdikdə, həmin kateqoriyanın %-dən asılı olmayaraq, sonrakı hər əməliyyat üçün 1% kəşbək hesablanacaq.

– Qazanılmış kəşbək vəsaitini Mobil tətbiq daxilində istifadə edilməsi üçün olan 50 AZN limit ‘Ləğv’ ediləcək.

– Qazanılmış kəşbək vəsaitinin karta köçürülməsi aylıq 100 AZN limit həddi artırılaraq 150 AZN olaraq təyin ediləcək.

Dəyişiklik Mart ayının 1 dən qüvvəyə minir.

spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img