E-ticarət hesabatlarına görə 2 faktorlu qorunma saxtakarlıq hallarını xeyli aşağı salır!

ABŞ-da “Fraud Management in Online Transactions” adlı yeni bir hesabat “2FA” qorunmasının nə qədər effektiv ola biləcəyini gün üzünə çıxarıb. Məlum oldu ki, beynəlxalq satışlar edən ABŞ mərkəzli eletron satıcıların 82%-i keçən il kiber dələduzluq və ya məlumat pozuntuları ilə üzləşib. Bu hücumlardan 47%-i müştəri və gəlir itkisi ilə nəticələnib.

Tədqiqat müəyyən edib ki, hər bir əməliyyat üçün iki faktorlu autentifikasiyadan (2FA) istifadə fırıldaqçılığın qarşısını almağın ən yaxşı yoludur. Satıcıların təxminən 43%-i məhz bu metodun həqiqətən fırıldaqçılıqla mübarizədə yaxşı işlədiyini təsdiqləyib.

“2FA” alternativi fərqli üsulların tətbiqi isə daha kiçik paya sahib olub. Bu üsul eyni zamanda təhlükəsizlikdən keçməyən uğursuz ödənişlərə də müsbət təsir edib və əməliyyatların yalnız 10,3%-i şübhəli qeyd edilərək sonlanıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...
spot_img