Starex Çinin Temu onlayn ticarət mağazası ilə əməkdaşlığa başlayıb.

Starex logistika şirkəti, Çinin Temu onlayn ticarət platforması ilə əməkdaşlığa başlayıb. Bu barədə Star Group Companies-in həmtəsisçisi Sabir Niftəliyev öz Facebook sosial media səhifəsində məlumat verib. Starex ilə Temu saytından edilən sifarişlər 7-10 gün ərzində bir-başa Azərbaycana çatdırılacağı bildirilir. Eyni zamanda 50 AZN-dən yuxarı məhsul sifarişində çatdırılma ödənişsiz olacaq.

Qeyd etmək istərdik ki, Temu onlayn mağazası hazırda sürətlə inkişaf edən, ucuz məhsullar təqdim platformadır. Temu, Çində onlayn ticarət platforması olan Pinduoduo-nun da sahibi olan PDD Holdings-ə məxsusdur və holdinq tərəfindən idarə olunur.

Temu platforması ilk dəfə 2022-ci ilin sentyabrında ABŞ-da fəaliyyət ilə başlayıb. 2024-cü ilin fevral ayında Temu bir neçə Super Bowl reklamı yayımlayaraq, 15 milyon ABŞ dolları hədiyyə olaraq təklif etmişdi. Nəticədə onlayn mağazanın Google axtarışı sayı və trafikində nəzərəçarpan artım olmuşdur.

spot_imgspot_img

Oxşar xəbərlər

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...
spot_img