Karqo məntəqələrinə lisenziya qalmaqalı

“Starex” karqo şirkətinin də daxil olduğu “Star Group” şirkəti sürətli poçtdaşıma bazarında rəqabət qaydalarının pozulduğunu bildirir.

Şirkətdə Biznesin İnkişafı və Əməliyyat Direktoru Pərviz Əzimov Facebook sosial şəbəkəsində yazıb ki, bir çox karqo şirkəti lisenziyasız fəaliyyət göstərir, bu da rəqabət qaydalarını pozur: “Rəsmi qurumlara müraciət edirik ki, ya lisenziya qaydasını ləğv edin, ya da lisenziyasız yerləri bağlayın. Düz 1 ildir rəsmi qurumlarla bu məsələ üzrə yazışmadayıq”. 

Pərviz Əzimov qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə, İqtisadiyyat Nazirliyinin bütün aidiyyatı qurumlarına, Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq lisenziyasız fəaliyyət göstərən şirkətlər ilə bağlı bir tədbir görülmür. 

“Dövlətin ən ali orqanları qalıb 3-4 şirkətin əlində. Bilmirik hər şikayətdən sonra həmin şirkətlər rəsmi qurumlarla məsələni necə həll edir, amma görünən odur ki, necəsə həll edə bilirlər. Bu gedişlə başqa yol qalmır. Yeganə çarə palaza bürünüb, elnən sürünməkdir. Çünki lisenziya alıb, o qədər xərc çəkməyin mənası yoxdur. Onsuz heç kim baxmır. Biz də başlayaq lisenziyasız yerlər açmağa”,– Pərviz Əzimov qeyd edib.

Qeyd edək ki, karqo fəaliyyəti (sürətli poçtdaşıma) üçün lisenziya almaq tələb olunur. Karqo şirkəti xidmət göstərdiyi hər bir yer üçün lisenziya almalıdır. Bu lisenziyanı almaq da çox da rahat bir iş deyil: Rüsumlar, qanuna görə alınmalı invertarlar var, həmin obyektin xüsusi sənədləri olmalıdır və s.

spot_imgspot_img

Oxşar xəbərlər

Yandex Özbəkistanda yeni onlayn ticarət platformasını istifadəyə verib

Yandex Özbəkistanda rəsmi olaraq ölkədə yeni “Market” onlayn ticarət platformasını...

ABB mobile-da gənclərə özəl yeni loyallıq proqramı– FaydaMania!

ABB Mobile gənclər üçün yeni qazandıran bir loyallıq proqramını...

Azərbaycanda “Gətirdim” çatdırılma xidməti işə düşür

Azərbaycanda "Gətirdim" çatdırılma xidməti istifadəyə verilir.  "Gətirdim" xidməti supermarketlər üçün...

“Azərpoçt” ötən il 124 minə yaxın ödəniş kartı buraxıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt”...

Turan United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Türkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda,...
spot_img