Azərpoçt şöbələrindəki ATM sayı 24 % artırılır

Azərbaycandakı poçt şöbələrindəki bankomatların sayı 24 % artırılaraq 89 ədədə çatdırılacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında “Azərpoçt” MMC-dən bildirilib.

“Bu məqsədlə artıq əlavə olaraq 17 bankomat alınıb. Tezliklə onların quraşdırılması başa çatdırılacaq”,- qurum qeyd edir.

Xatırladaq ki, indiyədək səhmdar cəmiyyəti tərəfindən 72 bankomat istifadəyə verilib, 520 poçt şöbəsində 1 000-dən çox POS-terminal quraşdırılıb.

Bu ilin əvvəlinə ölkədə bankomatların sayı 3 112 ədədə (Bakı üzrə 1 621 ədəd), POS-terminalların sayı isə 86 383 ədədə (Bakı üzrə 55 739 ədəd) çatdırılıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img