Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət “Süni İntellektə Hazırlıq İndeksi” metodologiyası hazırlanacaq.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət orqanlarında (qurumlarında) Sİ texnologiyalarının istifadəsinə dair əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi və dövlət orqanlarına (qurumlarına) təqdim olunması, dövlət orqanlarında (qurumlarında) rəqəmsal effektivlik və Sİ-nin tətbiqi üzrə illik hesabatlılıq sisteminin qurulması, avtomatlaşdırılmış proseslərin ümumi iş yükündəki payının hədəf göstəricilərə çatdırılmasının təmin edilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

spot_imgspot_img

Oxşar xəbərlər

eToro kripto cüzdan Zengo-nu 70 milyon dollara alır

eToro pərakəndə ticarət platforması kripto cüzdanı Zengo-nu 70 milyon dollara alacağını açıqlayıb. Anlaşma istifadəçi aktivlərinin mühafizəsini gücləndirməyə yönəlib.

Google Chrome-a Gemini Skills funksiyası əlavə edildi

Google, Chrome brauzerinə Gemini əsaslı Skills funksiyasını əlavə edib. İstifadəçilər sevdikləri AI promptlarını saxlayıb istənilən saytda tez istifadə edə biləcək.

IMF xəbərdarlığı: Qlobal borc Bitcoin üçün uzunmüddətli siqnal

IMF qlobal dövlət borcunun 2029-da dünya ÜDM-inin 100%-nə çatacağı barədə xəbərdarlıq edib. Analitiklər bu məlumatı Bitcoin üçün güclü uzunmüddətli siqnal kimi qiymətləndirir.

Amex agentic commerce üçün inkişaf dəsti təqdim etdi

American Express süni intellekt agentlərinin müstəqil ödəniş aparmasına imkan verən ACE Developer Kit-i təqdim etdi. Bu addım qlobal ödəniş ekosistemini kökündən dəyişdirə bilər.

Anthropic və OpenAI: İnvestorlar ikinci düşüncələrə düşür

Anthropic-in sürətli yüksəlişi OpenAI-yə eyni anda investisiya etmiş investorları ikinci düşüncələrə sürükləyir. 380 milyard dollarlıq Anthropic, 1.2 trilyon dollarlıq OpenAI IPO hədəfi fonunda sərfəli seçim kimi görünür.
spot_img