Tether “Yuventus” futbol klubunun nəzarət paketini almağı təklif edib

Bundan sonra klubun səhmləri 15,4 % bahalaşıb.

TThe Wall Street Journal yazır ki, Tether kriptovalyuta şirkəti “Yuventus” futbol klubunun nəzarət paketini (65,4 %) nağd vəsaitlə almağı və kluba təxminən 1 milyard avro investisiya yatırmağı təklif edib. La Gazzetta dello Sportun məlumatına görə, sövdələşmənin məbləği 725 milyon avro təşkil edə bilərdi. Qeyd olunur ki, Tether artıq “Yuventus”un 11,5 % səhminə sahibdir.

Klubun nəzarət paketinə malik olan Exor şirkəti isə payını stablkoin emitenti Tether-ə satmaqdan imtina edib. WSJ vurğulayır ki, Exor şirkəti Agnelli ailəsinə məxsusdur və bu ailə 100 ildən artıqdır ki, “Yuventus”un sahibidir.

Exor açıqlamasında bildirib ki, “Yuventus”un nəzarət paketini nə Tether-ə, nə də hər hansı digər şirkətə satmaq niyyətində deyil.

15 dekabr 2025-ci il, Moskva vaxtı ilə saat 18:25-ə olan məlumata görə, “Yuventus”un səhmləri Milan Fond Birjasında 2,53 avro səviyyəsində ticarət olunur. Bu, 12 dekabr tarixli ticarətin bağlanışı ilə müqayisədə 15,4 % artım deməkdir. Klubun bazar kapitallaşması 1 milyard ABŞ dollarını ötüb.

Nəşr qeyd edir ki, iri şirkətlərin və investisiya fondlarının Avropa futbol klublarına maraq göstərməsi ilk dəfə deyil. Belə ki, 2022-ci ildə ABŞ-ın RedBird Capital fondu “Milan” klubunu 1,2 milyard dollara, 2024-cü ildə isə Oaktree Capital “İnter” klubuna nəzarəti əldə edib.

Mənbə: Wired Italia

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img