“Azərbaycan Fintex Assosiasiyası”na yeni sədr təyin edilib

“Azərbaycan Fintex Assosiasiyası” (“Azfina”) İctimai Birliyinin İdarə Heyəti (İH) yenidən formalaşdırılıb.

Məlumata görə, Assosiasiyanın ümumi yığıncağında üzv təşkilatlar səsvermə yolu ilə yeni İH və Nəzarət-təftiş komissiyası seçib.

Yeni seçilmiş heyətə “United Payment Azerbaijan” şirkətinin nümayəndəsi Edqar Abdullayev İH-nin sədri kimi daxil olub. O, bu vəzifədə Ruslan Talıbovu əvəzləyib.

“GoldenPay” ASC-nin nümayəndəsi Eynar Abdullayev İH sədrinin müavini seçilib.

İH-nin üzvləri sırasında “Epoint.az” şirkətindən Zeynal Kərimzadə, “PashaPay”dan İqbal Rüstəmov və “Expresspay”dən Rasim Xəmmədov yer alıblar.

Nəzarət-təftiş komissiyasına isə “PulPal” şirkətindən Mehriban Əlizadə, “Max Systems” MMC-dən Valeriya Qaniyeva və “akart.az”dan Murad Mirzə seçiliblər.

Yeni heyət Azərbaycan fintex ekosisteminin inkişafı və gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img