Mərkəzi Bank “KorpON” şirkətini “PAŞA Bank” ödəniş agenti kimi təsdiqlədi

Azərbaycan Mərkəzi Bankı “KorpON” MMC-ni “PAŞA Bank” ASC-nin rəsmi ödəniş agenti statusu ilə təsdiqləyib.

Banker.az AMB-yə istinadən xəbər verir ki, tənzimləyici banklar arasında ilk dəfə bank ödəniş agentini təsdiqləyib.

Ödəniş agenti – bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağladığı müqavilə əsasında onun adından ödəniş xidmətlərini göstərən hüquqi və ya fiziki şəxs hesab olunur. Bu fəaliyyət ödənişlərin qəbulundan nağdlaşdırılmasına qədər geniş xidmət spektrini əhatə edir.

Qeyd edək ki, Mərkəzi Bank nəzarət subyektləri və ödəniş agentlərinin reyestrini aparır və həmin reyestr ictimaiyyət üçün açıqdır. Reyestrdə agentlərin adı, hüquqi ünvanı, rəhbər şəxsləri, fəaliyyət növləri və lisenziyalar barədə məlumat əks olunur.

2021-ci ildə yaradılmış “KorpON” MMC əsasən hüquqi və fiziki şəxslərin iri həcmli nağd ödəniş və inkassasiya proseslərini optimallaşdırmaq məqsədi ilə fəaliyyət göstərir. Şirkət eyniadlı “KorpON” ticarət nişanı ilə tanınır və Bakıda 50-dən çox ünvanda – o cümlədən “PAŞA Bank”ın filiallarında, eləcə də “Bravo”, “Araz”, “Grand”, “Rahat”, “Bazarstore”, “Bolmart” supermarketlərində və “Gənclik Mall” ticarət mərkəzində öz terminalları vasitəsilə xidmət göstərir.

Bununla yanaşı, “KorpON” yalnız ödənişlərin toplanması ilə deyil, həm də müştərilər üçün nağd vəsaitlərin sığortalı şəkildə inkassasiyasını həyata keçirir.

Hal-hazırda, yalnız “PASHA Bank” müştəriləri KorpON terminallarından istifadə edə bilərlər. Digər bankların da inteqrasiya prosesi davam edir. Üç il öncə isə “Yelo Bank” və “Xalq Bank” açıqlamışdı ki, bütün müştəriləri “KorpOn” terminalları vasitəsilə hesaba mədaxil əməliyyatlarını həyata keçirə bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img