SUBER – Bütün Su Markaları Tək Bir Tətbiqdə

İnsanlar artıq su sifariş verərkən zəng etmək, tədarükçülərin cavabını gözləmək və ya sifarişlərin qeydlərini aparmaq məcburiyyətində qalmayacaqlar. Müasir dövrün dəbinə uyğun sifariş vermək, vaxtınıza qənaət etmək üçün “SUBER” tətbiqi yaradılıb.

KOBİA tərəfindən “Startap” şəhadətnaməsi alan Azər Eyyubov deyir ki, ilk öncə siz artıq 7/24 sifariş verə bilərsiniz. Artıq sabah açılsın sifariş verərəm deyə bir ehtiyac yoxdur. Tətbiqin kifayət qədər digər üstünlükləri də var. Məsələn hər sifarişdən qazanılan bonuslar. İstifadəçilər üçün önəmli məqamdır. SUBER- tətbiqində qiymətlər istehsalçının qiymətləri ilə eynidir. Yəni Siz Sirab, Seylab, Şirinsu və digər markaları eyni qiymətə əldə edərkən həmdə, əlavə olaraq təşviqedici “damla bonusları” əldə edəcəksiniz. Bu bonuslar toplandıqdan sonra növbəti su alışlarında dəyərləndirilə bilər. 

SUBER evlərə və ofislərə içməli su çatdıran bütün şirkətləri bir araya gətirməklə istifadəçilərə daha geniş çeşid təqdim etmək niyyətindədir. Yeniliyə görə, sifarişdən sonra suyun qapımıza qədər bütün mərhələlərini izləmək mümkün olacaq. Bu da o deməkdir ki, zənglərə, mesajlara ehtiyac qalmayacaq, bütün məlumatlar bir smartfon qədər yaxın olacaq. 

Şirkətlər üçün maraqlı məqam isə, korporativ hesab yaratmaq imkanının olmasıdır. Korporativ müştərilər həm ödəniş həm də qiymətlərdə fərqli güzəştlərdən yararlanacaqlar. Eyni zamanda damla bonusları da qazanacaqlar. Bir çox şirkətlərin ofis tədarükünün işini asanlaşdıracaqdır. Çünki əməkdaş gün ərzində sifariş verməyi unudubsa. Gecə belə tətbiqdən sifariş verə bilər. Su tədarükü gerçəkləşəcək.

Tətbiq davamlı yenilənir və mükəmmələşdirilir. SUBER-dən istifadə edənləri məmnun edəcək daha bir yenilik qısa zamanda təqdim olunacaq. Onlara son sifarişi təkrarlamaq və kart balansından avtomatik ödəmə imkanı yaradılacaq. 

SUBER tətbiqi qısa müddət ərzində bir çox şirkət və pərakəndə müştərini qazanaraq tətbiqdən sifariş etmənin rahatlığını yaşatdı. 

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img