“Perplexity” axtarış sistemində məhsul alışı da tətbiq edəcək

Belə ki, şirkətin süni intellektlə işləyən axtarış sistemi premium istifadəçilər üçün yeni xüsusiyyət gətirir. Bu xüsusiyyət sayəsində istifadəçilər axtarış sistemini tərk etmədən məhsul sifariş edə biləcək. ABŞ-da yaşayan “Perplexity” istifadəçiləri sistemdə məhsul axtaran zaman “Buy with Pro” düyməsini seçərək avtomatik şəkildə məhsul sifariş edə bilərlər. Bu zaman ödəniş və çatdırılma barədə məlumat da qeyd ediləcək.

Şirkət bildirib ki “Buy with Pro” düyməsi ilə verilən bütün sifarişlər ödənişsiz şəkildə çatdırılacaq. “Buy with Pro” funksiyasını dəstəkləməyən məhsulların sifarişini tamamlamaq üçün isə istifadəçi satış edən şirkətin saytına yönləndirəcək.

“Perplexity”nin bu satışlardan hər hansı gəlir götürüb götümədiyi barədə şirkətin sözçüsü Sara Platnik bildirib ki, “hazırda gəlir əldə etmirik, heç bir kommersiya məqsədi yoxdur.
Həmçinin premium olmayan istifadəçilər də bu məhsulları görə biləcək. ABŞ-dakı istifadəçilər üçün çıxan nəticələrdə satılan məhsulların şəkli, qiyməti, müştəri rəyləri və məhsul haqda süni intellektlə yazılmış məlumat görünəcək.

spot_imgspot_img

Oxşar xəbərlər

Azercell ilə “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

Azərbaycanın startap ekosistemində mələk investorluğun inkişafına önəmli töhfə verən...

Bakı metrosunda NFC ödənişlərə başlanılıb

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib. Qeyd edilib ki, artıq...

n11 yeni loqosunu təqdim edib

Türkiyənin ən köklü e-ticarət platformalarından biri olan n11, on...

PayPal ChatGPT-yə inteqrasiya olunur: Süni intellektdə ödənişlərin yeni mərhələsi

PayPal süni intellekt sahəsində mühüm bir addım ataraq, ChatGPT-yə...
spot_img