“Trendyol” Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması “Trendyol” oktyabrın 9-da Bakıdakı ofisinin açılışını edib.

Bu addım “Trendyol”un Azərbaycan bazarına sadiqliyini və inamını nümayiş etdirir.

“Biz qardaş ölkə olan Azərbaycanda çox qısa müddətdə əlamətdar uğurlara imza ata bildik. Ortaq mədəni irsi paylaşmağımız, bu ölkənin gücünə və potensialına güclü inamımız sayəsində biz özümüzü burada hər zaman evimizdə kimi hiss edirik”, – deyə “Trendyol” Qrupunun baş icraçı direktoru Erdem İnan bildirib.

Azərbaycan bazarına daxil olduğu 2023-cü ildən etibarən “Trendyol” ölkədə ən çox yüklənən və ən çox istifadə edilən e-ticarət platformasına çevrilib. Cəmi 18 ay ərzində “Trendyol” 2 milyona yaxın müştəri qazanıb.

“Beynəlxalq bazarlara doğru genişlənməmizin əvvəlindən Azərbaycanda rəqəmsal ekosistemin inkişafına əhəmiyyətli töhfə verməklə, fəaliyyət göstərdiyimiz ölkənin potensialını kəşf etmək bizim üçün önəmli idi. Biz bu dinamik bazarda böyük potensial görürük və azərbaycanlı müştərilərimizə və tərəfdaşlarımıza daha innovativ həllər, xidmətlər və imkanlar təklif etməkdən məmnunuq”, – deyə E.İnan bildirib. “Trendyol olaraq biz Azərbaycanla inkişaf edən elektron ticarətə töhfə verməyə çalışırıq. Bakı ofisinin dəstəyi və Azərbaycanda fəaliyyətimizi gücləndirməklə 2028-ci il üçün hədəfimiz ticarət həcmini 1 milyard dollara çatdırmaq, 60 milyon məhsul satmaq və 3 milyon müştərini əhatə etməkdir”, – deyə E.İnan əlavə edib.

“Trendyol” şirkəti “PAŞA Holdinq” MMC ilə strateji tərəfdaşlığa imza atıb. “PAŞA Holdinq”in müxtəlif sektorlardakı geniş bazar təcrübəsini və “Trendyol”un texnologiya, logistika və istehsal sahəsindəki güclü tərəflərini birləşdirərək, bu əməkdaşlıq Türkiyə ilə Azərbaycan arasında rəqəmsal körpünün yaradılmasına, eləcə də Azərbaycanda elektron ticarət ekosisteminin inkişafına töhfə verir.

“Trendyol kimi oyunçuların bizim iqtisadiyyata daxil olması və bu şirkətlə əməkdaşlıq etmək bizim üçün həqiqətən qürurvericidir. Şirkəti yeni ofisinin açılması münasibəti ilə təbrik edirik və əməkdaşlığımızın uğurlu olacağına inanırıq”, – deyə “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.

Azərbaycanda rəqəmsal ekosistemi daha da inkişaf etdirmək üçün “Trendyol” müxtəlif tərəfdaşlara rəqəmsallaşma üzrə hərtərəfli təlim proqramları təqdim edəcək.

“Trendyol” müxtəlif biznes nümayəndələri, inkişaf tərəfdaşları və dövlət qurumları ilə əməkdaşlıq edərək rəqəmsallaşma, qadınların səlahiyyətləndirilməsi və keyfiyyətli təhsilin dəstəklənməsinə yönəlmiş mühüm sosial layihələrə də start verib.

Dayanıqlıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk Türk e-ticarət şirkəti olan “Trendyol” həmçinin Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək ki, bu da qlobal istiləşmə ilə mübarizə üzrə gələcək öyrənmə və kollektiv səylər üçün mühüm imkan yaradacaq. COP29-a hazırlıq dövründə “Trendyol” bir sıra maarifləndirmə təşəbbüslərində fəal iştirak edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Wildberries avtomobil kreditlərini test rejimində başlatdı

Wildberries marketplace platforması avtomobil kreditləri xidmətini test rejimində işə saldı. Xidmət hazırda yalnız veb versiyada mövcuddur.

Amazon-un dəstəklədiyi X-energy IPO-da 800M dollar cəlb edir

Amazon-un dəstəklədiyi nüvə enerji startapı X-energy 800 milyon dollarlıq IPO üçün yola çıxdı. Texnologiya şirkətlərinin artan enerji tələbatı nüvə sektoruna marağı artırır.

Ripple Koreya Kyobo Life ilə dövlət istiqrazlarını tokenləşdirir

Ripple Koreyanın Kyobo Life sığorta şirkəti ilə birlikdə dövlət istiqrazlarının tokenləşdirilmiş hesablaşmasını həyata keçirəcək. Bu, Ripple-ın Koreya bazarındakı ilk institusional tərəfdaşlığıdır.

OpenAI Agents SDK yenilədi: müəssisələr üçün daha güclü agentlər

OpenAI Agents SDK-sını yeniləyərək müəssisə səviyyəli istifadəçilər üçün daha təhlükəsiz və güclü AI agentlər yaratmağa imkan verdi. Agentic AI meylinin sürətləndiyi dövrdə bu yenilik böyük əhəmiyyət kəsb edir.

Airwallex fiziki ödənişlər bazarında Stripe-a rəqib olur

Airwallex 8 milyard dollarlıq dəyəri ilə fiziki satış nöqtələri üçün yeni POS həlli təqdim edərək Stripe-a birbaşa rəqib oldu. Şirkət tək platformadan çoxölkəli ödənişlər idarəetməsini təklif edir.
spot_img