Cloudflare-də baş verən kəsinti Qlobal və Azərbaycan internetinə təsir edib

Cloudflare-in qlobal şəbəkəsində baş verən geniş miqyaslı nasazlıq Azərbaycanda internet xidmətlərinin fəaliyyətini ciddi şəkildə iflic edib. Kəsinti nəticəsində ölkədə bir çox veb-resurslara, o cümlədən media portallarına, informasiya saytlarına və sosial şəbəkələrə çıxış tamamilə dayanıb. Xüsusilə X.com platforması tam əlçatmaz vəziyyətə düşüb və istifadəçilər sayta daxil ola bilmirlər.

Problemin təsiri təkcə media sahəsi ilə məhdudlaşmır. Cloudflare infrastrukturu üzərindən çalışan yerli e-ticarət platformalarının da fəaliyyəti dayanıb. BirMarket, Kontakt, MGstore, MyShop kimi onlayn mağazalar tamamilə açıqlanmır və istifadəçilər heç bir əməliyyat həyata keçirə bilmirlər.

Eyni vəziyyət elektron ödəniş sistemlərində də müşahidə olunur. Epoint, Fizzapay, GoldenPay kimi fintech xidmətlərinin saytları açılmır və tranzaksiya xidmətləri faktiki olaraq işləmir. Kəsintinin miqyası göstərir ki, problem CDN və təhlükəsizlik yönləndirmələrinin dayanması nəticəsində yüzlərlə yerli və qlobal xidmətin eyni anda əlçatmaz olmasına səbəb olub.

Hazırda problemlərin nə qədər davam edəcəyi məlum deyil. Xidmətlərin bərpası üçün Cloudflare tərəfindən iş aparıldığı güman edilsə də, ölkədə həm media, həm e-ticarət, həm də ödəniş platformalarının tamamilə əlçatmaz qalması kəsintinin əhatə dairəsinin çox geniş olduğunu göstərir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bakıda rəqəmsal maliyyə ekosistemi konfransı keçirilir

Bakıda dövlət maliyyəsinin rəqəmsallaşması, süni intellekt və ödəniş sistemlərinə həsr olunmuş konfrans keçirilir.

Meta Muse 10 milyon istifadəçiyə çatdı: alış-veriş əsas fəaliyyətə çevrildi

Meta-nın Muse süni intellekt tətbiqi 10 milyon istifadəçini keçib, alış-veriş ən populyar funksiyalardan birinə çevrilib.

ChatGPT reklam platforması 89 ölkəyə qədər genişləndi

OpenAI ChatGPT-nin reklam platformasını daha 26 bazar əlavə edərək 89 ölkəyə çatdırıb və süni intellekt əsaslı reklam kanalını qlobal miqyasda genişləndirib.

Meta konfidensiallıq pozuntularına görə 25 milyard dollar cərimə ödəməli olacaq

Meta Cambridge Analytica işi ilə bağlı konfidensiallıq pozuntularına görə 25 milyard dollar ödəməli olacaq.

Tesla Optimus robotlarının Kaliforniyada istehsalına başladı, mənfəət 43 faiz azaldı

Tesla Kaliforniyada Optimus humanoid robotlarının seriyalı istehsalına başlayıb, lakin süni intellekt və robototexnika xərcləri səbəbindən mənfəət 43 faiz azalıb.
spot_img