Türkiyədən sahibkarlara və istedadlara özəl: “Tech Visa”

Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi, texnologiya sahəsində kritik ixtisaslara malik istedadlar və texnologiya Startaplarına xüsusi olaraq Türkiyə Tech Visa proqramını başladıb. Türkiyə Tech Visa proqramına xüsusi 3 illik iş icazəsi və ailələr üçün asan oturma icazəsi prosesləri təmin olunur.

Bununla yanaşı, Texnopark dəstəkləri çərçivəsində gəlir vergisi və müəssisə vergisi azadlıqları və geniş sağlamlıq xidməti zəmanətləri təqdim edilir. Startaplar əlavə dəyər vergisi, müəssisə vergisi, gömrük vergisi kimi sahələrdə azadolmalardan yararlana biləcəklər. Həmçinin işçilərə ödəniləcək sığorta primləri üçün də texnopark dəstəkləri tətbiq edilir ki, bu baxımdan işçilər də gəlir vergisi ödəməyəcək.

Saytda Türkiyədə təsirli bir sağlamlıq sığortası sisteminin olduğu, bütün işçilərin sağlamlıq xidmətlərindən pulsuz yararlana bildiyi qeyd olunur. Texnologiya şirkətlərinin işçilərinin sığorta primlərini isə dövlət qarşılayır.

Türkiyə Tech Visa çərçivəsində texnoparklarda və inkubasiya mərkəzlərində ofis imkanlarının yanaşı, investisiya kapitalı yatırımları və layihə maliyyələşdirmə dəstəklərindən də yararlanmaq mümkündür. Bundan əlavə, mentorluq və məsləhət xidmətləri ilə yanaşı, əlavə dəstək üçün xüsusi bir həll ortağının təyin edildiyini də qeyd edək.

Startapların Tech Visa çərçivəsində Türkiyəyə gələrkən işçilərini də asanlıqla gətirə biləcəyi vurğulanır. Startaplar digər ölkələrdə olan istedadları da komandalarına daxil etmək imkanına sahibdirlər. Çünki xarici işçi çalışdırma icazələrində bu proqram üçün xüsusi istisnalar tətbiq olunur. Bu istisnaların həm şəriklər, həm də işçilər üçün keçərli olduğunu da əlavə edək. Türkiyə Tech Visa Proqramına daxil olan startaplar maliyyə problemlərini isə Türkiyə Tech Visa Fondu ilə həll edirlər.

Texnologiya sahəsində çalışan istedadlara iş vizası müraciəti prosesində xüsusi istisnalar tətbiq olunur. İstedadlar, Türkiyədə Ar-Ge fəaliyyəti aparan türk şirkətlərində çalışdıqları təqdirdə Gəlir Vergisi ödəməyəcəklər. Hərtərəfli sağlamlıq xidmətlərini əhatə edən sosial sığorta primlərinin yarısını isə dövlət qarşılayır.

spot_imgspot_img

Oxşar xəbərlər

ABB mobile-da gənclərə özəl yeni loyallıq proqramı– FaydaMania!

ABB Mobile gənclər üçün yeni qazandıran bir loyallıq proqramını...

Azərbaycanda “Gətirdim” çatdırılma xidməti işə düşür

Azərbaycanda "Gətirdim" çatdırılma xidməti istifadəyə verilir.  "Gətirdim" xidməti supermarketlər üçün...

“Azərpoçt” ötən il 124 minə yaxın ödəniş kartı buraxıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt”...

Turan United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Türkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda,...

“Kontakt home” bank xidmətləri göstərəcək

"Kontakt App" – Gələcəyin Bank Xidməti: Rahat, Sürətli və...
spot_img