“INMerge” Innovasiya Sammitına 1 ay qaldı!

10-11 oktyabr 2024-cü il tarixlərində PAŞA Holding-in təşkilatçılığı ilə Bakı-da baş tutacaq “INMerge” Innovasiya Sammitində müasir texnoloqiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.

Belə ki, müzakirə olunacaq mövzular sırasında Fintech, Telekommunikasiya, E-ticarət, Süni intellekt, Marketinq, Insurtech kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq. Bundan əlavə, “yeni iqdisadiyyat” vertikalında qabaqcıl texnoloqiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə olunacaq.

Sammit zamanı həyata keçiriləcək Startaplar müsabiqəsi 25.000$ mükafat fondunda malik olacaq. Bununla yanaşı, startap sahibləri həm investorlar tərəfindən investisiya, həm də PAŞA Holding tərəfindən əlavə 200.000$-dək yatırım əldə edə biləcəklər.

Xatırladaq ki, tədbirdə YouTube-un həmtəsisçisi Steve Chen, Amazon-un baş texnologiya direktoru Werner Vogels və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi tanınmış spikerlər çıxış edəcək.

Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxil olun.

spot_imgspot_img

Oxşar xəbərlər

Portcoin fəaliyyətini dayandırdı – İstifadəçilərin vəsaiti geri qaytarılacaq

Portcoin üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş Xüsusi...

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...
spot_img