Azərbaycanda bonus kartları ilə ödəmələrin vergi tənzimləməsi müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlarla bonus kartları ilə ödəmələrin vergi tənzimləməsini müzakirə edib.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin təşkil etdiyi növbəti görüş “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi və iri ticarət şəbəkələrinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə iştirak edən ölkənin aparıcı ticarət şəbəkələrinin təmsilçiləri yerli kənd təsərrüfatı məhsullarının alışı və satışı, həmçinin təqib və izləmə (“track and trace”) sisteminin tətbiqi ilə bağlı yaranan çətinliklər və onların həllinə dair təkliflər, həmçinin bonus kartları ilə ödəmələrin vergi tənzimləməsi kimi məsələləri müzakirə edib, iştirakçıların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.

Dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Portcoin fəaliyyətini dayandırdı – İstifadəçilərin vəsaiti geri qaytarılacaq

Portcoin üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş Xüsusi...

Bolt Azərbaycanda ilk sahibkarlıq akselerasiya proqramını elan etdi

Texnoloji nəqliyyat platforması Bolt, Azərbaycanda fəaliyyət göstərən sürücü və...

Whelp və CibPay əməkdaşlığa başlayıb

Azərbaycanın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən...

Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

Azərbaycanda bütün ödəniş nöqtələrində alıcılara "QR"la ödənişlər təklif ediləcək. Bu...

Pasha Holding Sea Breeze ərazisində çatdırılma üçün yeni mobil tətbiq istifadəyə verib

İT innovasiya sahəsində fəaliyyət göstərən Competo MMC (Paşa Holdinqin...
spot_img