Ani Ödənişlər Sistemi ilə bankomatlardan hesablara mədaxil imkanı yaradıldı

ABB-yə məxsus yeni nəsil bankomatlarda sadəcə “AniPay ID” (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) daxil edilməklə ölkə ərazisində fəaliyyət göstərən istənilən bankdakı hesaba mədaxil imkanı yaradılıb.

Mərkəzi Bank tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, AÖS üzərindən bankomatlar vasitəsilə hesablara mədaxil funksionallığı “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tərəfindən reallaşdırılan layihə çərçivəsində istismara verilib.

Belə ki, ABB-yə məxsus yeni nəsil bankomatlarda sadəcə “AniPay ID” (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) daxil edilməklə ölkə ərazisində fəaliyyət göstərən istənilən bankdakı hesaba mədaxil imkanı yaradılıb.

Qeyd edilib ki, mədaxil prosesi zamanı əlavə heç bir bank rekvizitinin qeyd edilməsinə ehtiyac olmadan əsginasların toplu şəkildə bankomata daxil edilməsi imkanı istifadəçilər üçün mədaxil əməliyyatlarını daha sürətli və təhlükəsiz formada icra etməyə şərait yaradır.

Xatırladılıb  ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img