“Epoint” fintex lisenziyası alan ilk startap oldu

Azərbaycanın aparıcı elektron ödəniş platforması olan Epoint, Azərbaycan Respublikasının Mərkəzi Bankından fintex lisenziyası aldığını fəxrlə elan edir. Bu, Epoint-in maliyyə texnologiyaları sektorunda yüksək təhlükəsizlik və etibarlılıq standartlarına cavab verdiyini təsdiqləyən mühüm bir addımdır.

Yarandığı gündən bəri Epoint, həm yerli, həm də beynəlxalq müştərilər üçün əməliyyatları asanlaşdıraraq elektron ticarət və ödəniş xidmətlərini fəal şəkildə inkişaf etdirir.

Epoint müştərilərinə hansı imkanlar təqdim edir?

– Elektron qeydiyyat və elektron ticarətə 3 dəqiqə ərzində qoşulma;

– Pulsuz və avtomatik biznes səhifəsinin yaradılması;

– Yerli və xarici bank kartları ilə təhlükəsiz ödənişlərin qəbul edilməsi;

– Təkrarlanan ödənişlərin qəbul edilməsi;

– İstənilən bankın biznes kartına vəsaitlərin 24/7 köçürülməsi;

– Ödənişlərin qəbul olunması üçün vacib olan məlumatların hər müştəriyə uyğunlaşdırılması;

– Referal proqram;

– Sayt və mobil əlavələrə ödənişlərin API və vidjet vasitəsilə qoşulması;

– Elektron hesabat, satış və müştərilər üzrə ətraflı statistika, məlumatları yükləmək və onlarla işləmək imkanı;

-Satıcılar və alıcılar üçün elektron bildirişlər;

– Elektron hesab-fakturalar;

– Platforma Azərbaycan, Rus və Ingilis dillərində fəaliyyət göstərir və ən geniş alıcı auditoriyası üçün əlçatandır;

– Ödənişlərin QR kod, hesab faktura, biznes səhifə vasitəsilə qəbulu;

– Vahid sistemdə debet, kredit və taksit kartları ilə, Google Pay və Apple Pay token vasitəsilə ödəniş qəbulu.

“Mərkəzi Bankın fintex lisenziyasını almaq, Epoint-in bu illər ərzində görsətdiyi keyfiyyətli və təhlükəsiz xidmətlərin bir daha sübutudur. Startap-dan böyük bir biznesə çevrilmək və Mərkəzi Bankın requlyativ tələblərinə uyğun olmaq, bizim gördüyümüz işin və missiyamızın nə qədər düzgün olmasının göstəricisidir. Biz müştərilərimizin biznes ehtiyaclarını ödəmək və onların maliyyə rifahını təmin etmək üçün innovativ həllər hazırlamağa davam edəcəyik” , – Epoint startapının təsisçisi və direktoru Zeynal Kərimzadə bildirib.

Platforma haqqında sizi maraqlandıran bütün məlumatları +99470 242 99 66 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.

Rəsmi internet saytı: https://epoint.az/

Email: info@epoint.az

Epoint.az sosial şəbəkələrdə:

Facebook: https://www.facebook.com/epoint.az/

İnstagram: https://www.instagram.com/epoint.az/

Linkedin: https://www.linkedin.com/company/epointaz/

spot_imgspot_img

Oxşar xəbərlər

“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı...

Trendyol 1 milyard dollar investisiya axtarır

Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan Trendyol, böyüməsini...

Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi: maliyyə sektorunda innovativ məhsulların sınaqdan keçirilməsində yeni dövr

Mərkəzi Bank maliyyə bazarlarında innovasiyaların inkişafını dəstəkləmək məqsədilə cari...

“Amazon”un Yaponiya ofisində axtarış aparılıb

Yaponiyanın hüquq-mühafizə orqanları ABŞ-nin "Amazon" şirkətinin Tokioda yerləşən baş...

Ələtdə Yeni Karqo Kəndi İnkişaf Etdiriləcək

Ələt Azad İqtisadi Zonasında “Silk Way Cargo Village” adlanan...
spot_img