Getir beynəlxalq əməliyyatlarını bağlayır

Getir İngiltərə, Almaniya, Hollandiya və ABŞ-dan çıxmaq qərarını açıqlayıb. Bununla belə, Getirin ABŞ-dakı törəməsi olan FreshDirect fəaliyyətini davam etdirəcək. Getir keçən ilin noyabrında FreshDirect-i aldığını açıqlamışdı və FreshDirect-in illik dövriyyəsi o zaman 650 milyon dollar təşkil edirdi.

Gəlirlərinin 7%-ni çıxdığı bazarlardan əldə etdiyini bildirən Getir, bu qərarın Türkiyəyə fokuslanmasını təmin edəcəyini bildirib. Paralel olaraq Getir Mubadala və G Squared-dən də yeni maliyyə yatırımı əldə edib. Getir bu maliyyədən Türkiyədəki biznesində rəqabətqabiliyyətli mövqeyini gücləndirmək üçün istifadə edəcəyini vurğulayıb.

Getir İngiltərə, Almaniya, Hollandiya və ABŞ-dakı bütün işçilərinə bu günə qədər göstərdikləri işlərə görə təşəkkür etdiyini bildirib.

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img