Küveytdə neft sənayesi üçün elektron ticarət platforması yaradılıb

Kuwait Petroleum Company (KPC) neft sənayesi üçün elektron ticarət platforması yaradıb. Şirkətin bu addımı maksimum gəlirlilik üçün innovasiya və texnologiyadan istifadə vizyonu çərçivəsində baş verib.

Kuwait Petroleum Company (KPC) neft sənayesi üçün şirkət, onun törəmə şirkətləri və tərəfdaşları arasında həm daxili, həm də beynəlxalq əlaqələri yaxşılaşdırmaq məqsədi daşıyan yeni elektron ticarət platformasını istifadəyə verib.

“Ağıllı satınalma təşəbbüsünün birinci mərhələsi”

KPC-nin baş direktoru Şeyx Navaf Səud Əl-Nasser Əl-Sabah şirkətin Əhmədi şəhərində təşkil etdiyi festivalda yeni e-ticarət platformasını “ağıllı satınalma təşəbbüsünün ilk mərhələsi” kimi təsvir edib. Şeyx Nəvaf vurğulayıb ki, bu təşəbbüs şirkətin gəlirliliyi artırmaq üçün innovasiya və texnologiyadan istifadə etmək vizyonuna uyğun rəqəmsal transformasiya səyini təmsil edir.

Hazırda 7 min istifadəçi e-ticarət platformasından neft sənayesi üçün istifadə edir.

Şeyx Nəvafın sözlərinə görə, rəqəmsal transformasiya layihələrinin uğuru üç əsas amilə əsaslanır: effektiv dəyişikliklərin idarə edilməsi, birgə komanda işi və mükəmməlliyə sadiqlik. O, həmçinin vurğulayıb ki, bu amillər qaz və neft sənayesində innovasiya və texnologiyanın tətbiqi yolu ilə milli iqtisadiyyatın dəstəklənməsi və inkişafı üçün həlledicidir. Şeyx Nəvaf bu tərəqqiyə şərait yaradan fəaliyyət sistemini, xüsusilə Küveyt Milli Neft Şirkəti ilə birlikdə kommersiya sektorunun inkişafında mühüm rol oynayan yüksək satınalma komitəsini yüksək qiymətləndirib.

Bu arada şirkətin baş direktorunun müavini və yüksək direktivlər komitəsinin sədri Kholoud Al-Mutairi bildirib ki, bu əhatəli layihənin həyata keçirilməsi üzrə iş 2022-ci ildə başlanılıb. Layihə 26 komanda və komitəyə yayılmış 158 əməkdaşın səyləri nəticəsində həyata keçib. Sistemdən hazırda 7 min istifadəçi istifadə edir.

spot_imgspot_img

Oxşar xəbərlər

Çin marketplace-i Poizon qlobal ekspansiya çərçivəsində Rusiya bazarına daxil olduğunu təsdiqləyib.

Birbaşa təchizatların Rusiyaya başlanması barədə məlumatı nəşrin mənbələri 19...

Apple, X və Airbnb stabilkoinlərin inteqrasiyasını maliyyə tərəfdaşları ilə müzakirə edir – Fortune

Fortune verdiyi məlumata görə, bu texnologiya nəhəngləri “tranzaksiya xərclərini...

Bir – yeni e-ticarət və fintek ekosistemi

Umico brendinin BirMarket adı altında yenidən brendləşdirilməsi gözlənilir. Bu...

m10-un öz ödəniş kartı istifadəyə veriləcək

PashaPay və Mastercard strateji əməkdaşlığın gücləndirilməsi məqsədilə Money 20/20...
spot_img