14 yaşdan yuxarı gənclər üçün “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə qeydiyyat başladı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən istedadlı gənc proqramçılar üçün keçirilən “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə qeydiyyata start verilir.

Düşərgə Almaniyanın aparıcı universitetlərindən olan “Constructor University” ilə birlikdə hazırlanıb. Hibrid (onlayn və oflayn) formatda keçiriləcək proqram 2024-cü ilin avqust-noyabr aylarını əhatə edəcək. Təlim düşərgəsi beynəlxalq proqramlaşdırma müsabiqələrinin tələblərinə əsasən hazırlanıb. İnformatika  və proqramlaşdırma üzrə əsas bacarıqların inkişafına yönəlmiş təlimlər “Constructor University”nin ekspertləri tərəfindən keçiriləcək. Yekunda təlim iştirakçıları beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

Düşərgə beynəlxalq proqramlaşdırma olimpiadalarına hazırlıq məqsədilə “Advanced Computer Science” və qızlar arasında İKT-ni təşviq etmək məqsədilə “Girls in IT” olmaqla 2 istiqamətdə baş tutacaq. 

 “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə 14 yaşdan yuxarı sinif şagirdləri və universitet tələbələri müraciət edə bilərlər. 

Elə indi aşağıdakı linklər vasitəsilə qeydiyyatdan keçin:

“Advanced Computer Science” istiqaməti üçün: https://bit.ly/advancedcomputerscienceskills

“Girls in IT” istiqaməti üçün: https://bit.ly/girlsinit

Son qeydiyyat tarixi: 11 avqust 2024

Proqram ingilis dilində keçiriləcək. Təlimlərdə iştirak tam ödənişsizdir.

Qeyd edək ki, məqsəd alqoritmik təfəkkür və peşəkar proqramlaşdırma biliklərini inkişaf etdirməkdir. “Digital Azerbaijan Talent School”da iştirak etməklə gənclər olimpiada tipli yarışlara, beynəlxalq təhsil proqramlarına qəbula hazırlaşmaq və proqramlaşdırma sahəsində gələcək karyera üçün bacarıqlar əldə etmək şansı qazanacaqlar.   

spot_imgspot_img

Oxşar xəbərlər

Kripto PAC-ları Ohayo seçkilərində 52 milyon dollar xərcləyir

Kripto sənayesi ilə əlaqəli siyasi komitələr Ohayo seçkilərində 52 milyon dollardan çox vəsait xərcləyir. Bu, sənayenin siyasi təsirinin artdığını göstərir.

Citrini tokenləşmə bumunu proqnozlaşdırır: qazanc kimə düşəcək?

Citrini tədqiqat şirkəti real dünya aktivlərinin tokenləşməsində ciddi artım gözləyir. İnvestorlar üçün əsas problem qazancın bölgüsüdür.

Circle 40 inkişaf etməkdə olan bazara daxil olmağı planlaşdırır

Circle 40 inkişaf etməkdə olan bazarda stabilkoin xidmətlərini genişləndirməyi planlaşdırır. Regionlarda stabilkoinlərə tələb artır.

BIS: banklar əmanət faizini artırsa, stablecoin artımı yavaşlayar

BIS sənədi göstərir ki, bank əmanət faizlərinin artması stablecoin bazarının artım tempini azaldır.

Azərbaycanda ödənişli yollarda nömrə tanıma texnologiyası tətbiq oluna bilər

Azericard ödənişli yollarda nömrə tanıma texnologiyası ilə avtomatik ödəniş variantını nəzərdən keçirir.
spot_img