Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim edilən “mygov” rəqəmsal hökumət platforması yenilənib. Yeni versiya, vətəndaşlara istifadəçi dostu rəqəmsal interfeysdən istifadə edərək əsas dövlət xidmətlərinə, rəqəmsal sənədlərə asanlıqla giriş imkanı və şəxsi məlumatlarını idarə etmək imkanı verir. Bununla da vətəndaşlarla dövlət arasındakı inzibati proseslər sadələşdirilir və əməliyyatlar zamanı kağız istifadəsi minimuma endirilir.

“mygov” platforması hansı yeni xidmət və üstünlükləri vətəndaşlara təqdim edir?

Əsas həyat hadisələri

Təkmilləşdirilmiş “mygov” platforması, vətəndaşların mühüm həyat hadisələrində işlərini asanlaşdırmaq üçün geniş xidmətlər təqdim edir:

Ailə qurmaq: Platforma nikah sənədlərinin rəqəmsal təsdiqini və təqdim edilməsini sadələşdirir. Ailə qurmaq istəyən cütlüklər tibbi müayinələrin nəticələrini yoxlayaraq “mygov” vasitəsilə nikah günlərini onlayn təyin edə bilərlər və seçilən qeydiyyat orqanında nikah şəhadətnamələrini ala bilərlər.

Valideyn olmaq: Yeni valideynlər, uşaqlarının sənədləri üçün onlayn müraciət edə bilərlər.

Ailə üzvünün vəfatı: Ölüm halında tibb işçisi müvafiq məlumatları sistemə daxil edir və ölüm haqqında şəhadətnamə avtomatik olaraq Ədliyyə Nazirliyinə ötürülür, ailəyə təqdim olunur. Bu sənəd, həm də dəfn yardımı və miras hüquqları ilə əlaqədar proseslərdə zəruri sənəd kimi çıxış edir.

Rəqəmsal məlumatlar və sənədlər

“mygov” tətbiqində “məlumatlarım” bölməsində 40-dan çox məlumat yerləşdirilib. Bu məlumatlar həm kart şəklində, həm də ətraflı siyahı şəklində təqdim edilir. Kartlar vasitəsilə sənədin əsas məlumatlarına birbaşa baxmaq mümkündür. Rəqəmsal şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi kimi sənədlər platformada yer alır və QR kod vasitəsilə paylaşıla bilər.

Rəqəmsal sənədlər

Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, şəxsiyyət vəsiqəsi, doğum, nikah və ölüm haqqında şəhadətnamələr rəqəmsal formada təqdim olunur və “mygov” tətbiqi vasitəsilə bərabər hüquqlara malikdir.

Məlumatların paylaşılması

Vətəndaşlar “mygov” tətbiqində sənəd və məlumatlarını QR kod vasitəsilə paylaşa bilər. Qurumlar təqdim olunan məlumatların doğruluğunu “mygov Checker” tətbiqi ilə yoxlaya bilərlər. Həmçinin vətəndaşlar, platformada paylaşdığı məlumatların tarixçəsinə də baxa bilərlər.

Yeni xidmətlər və funksionallıqlar

Yenilənmiş platforma, daha yaxşı axtarış funksionallığı və “Bildiriş Modulu” vasitəsilə vətəndaşlara qanunvericilikdə baş verən dəyişikliklər haqqında məlumatlar verir. Bununla yanaşı, “Müraciət Modulu” sorğu və şikayətlərin hökumətə çatdırılmasını asanlaşdırır.

Ekoloji xidmətlər

Platforma, həmçinin yaşıl dünya təşəbbüslərini dəstəkləyən xidmətlər təklif edir. “Elektrik doldurma məntəqələri” xidməti vasitəsilə vətəndaşlar EDM-lərin siyahısına baxa və marşrut planlaya bilərlər.

Pensiya kalkulyatoru

“Pensiya kalkulyatoru” xidməti ilə vətəndaşlar pensiya şərtlərini və müddətini öyrənə biləcəklər.

Bütün bu yeniliklər vətəndaşların həyat keyfiyyətini artırmaq məqsədi daşıyır.

Platforma ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün aşağıdakı veb-sayt və sosial şəbəkə hesablarını izləyin:

Instagram: https://www.instagram.com/mygov.azerbaijan/

Linkedin: https://www.linkedin.com/company/mygovaz/

Facebook: https://www.facebook.com/mygovaz

Veb-sayt: https://my.gov.az/

Tətbiqi yükləmək üçün: https://qrco.de/bf4Sog

spot_imgspot_img

Oxşar xəbərlər

Binance 2030 master planı: bazar pis olanda qururuq

Binance 2030-cu ilə qədər böyükləşməyi hədəfləyir, bazar pis olanda qurmağa davam edir.

Bank of Italy süni intellektin təhlükəsiz inteqrasiyası üçün qlobal şirkətlərlə əməkdaşlıq edir

İtaliya Mərkəzi Bankı süni intellektin təhlükəsiz istifadəsi üçün beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayıb.

Scotiabank Amerika bankını satın alır

Scotiabank ABŞ-da bir bankı satın almaq üçün razılıq əldə edib, bu bankın Amerika bazarında mövqeyini gücləndirəcək.

SEC Texaslı şəxsi 12.3 milyon dollarlıq kripto fırıldaqçılıqda ittiham etdi

SEC Texaslı şəxsi saxta süni intellekt ticarət botları ilə 12.3 milyon dollar dəyərində kripto fırıldaqçılığında ittiham edib.

Euroclear Rusiya Mərkəzi Bankının 200 milyard avroluq iddiasını apellyasiyaya verdi

Euroclear Rusiya Mərkəzi Bankının 200 milyard avro tələbini apellyasiyaya verib, bu iş beynəlxalq maliyyədə gərginlik yaradıb.
spot_img