Xarici startapa investisiya qoymaq üçün hesabdan xarici valyutada köçürmələrə icazə verilib

Azərbaycan Mərkəzi Bankı xarici startapa investisiya qoymaq üçün bank hesabından xarici valyutada köçürmələrə icazə verib.

Tech.az xəbər verir ki, AMB-nin sədri Taleh Kazımov “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə 12 sentyabr 2024-cü il tarixdə qərar imzalayıb.

Qaydaya edilən dəyişikliyə əsasən, Azərbaycandan kənarda startapların nizamnamə kapitalında gələcək iştirak payının (səhmin) əldə edilməsi məqsədilə investisiyaların qoyulması (SAFE (simple agreement for future equity) müqavilələri) üzrə köçürmələr müvafiq investisiya obyekti ilə investor arasında bağlanmış müqavilə təqdim edilməklə və bir investor tərəfindən təqvim ili ərzində cəmi məbləği 100 000 ABŞ dollarından çox olmamaqla aparılmasına icazə verilib.

spot_imgspot_img

Oxşar xəbərlər

Spiko dünyanın ən böyük tokenləşdirilmiş fonduna çevrildi

Spiko şirkətinin SAFO fondu 2,39 milyard dollarlıq aktiv həcminə çataraq dünyanın ən böyük tokenləşdirilmiş fondu statusunu qazanıb.

OpenAI yapay zeka destekli səyahət asistanı Odessia-nı əldə etdi

OpenAI süni intellekt əsaslı səyahət asistanı Odessia-nı əldə edib, qurucu Frensis Devidson şirkətin komandasına qoşulub.

Banklar MTS və Meqafonun kollektor zənglərinin işarələnməsi təklifini qəbul etmədi

Banklar MTS və Meqafonun kollektor zənglərinin işarələnməsi təklifini dəstəkləməyib, çünki bu, zənglərin effektivliyini azalda bilər.

Hepsiburada 11.11 endirimlərini üç günə yaydı

Hepsiburada ənənəvi 11.11 kampaniyasını bu il üç günə yayıb və bir çox kateqoriyada əlavə endirim, kupon və taksit imkanları təqdim edir.

OKXICE tokenləşdirilmiş səhmlərin ticarətinə başlayır

OKXICE blokçeyn platforması noyabrın 23-dən 70-dən çox tokenləşdirilmiş aktivin, o cümlədən Strategy səhmlərinin ticarətinə başlayır.
spot_img