Xarici investorların qazancını ölkədən çıxarmasına məhdudiyyət olmayacaq

Azərbaycanda xarici investorların pul çıxarışına məbləğ məhdudiyyəti ləğv edilir. Xarici investorlar üçün mühüm dəyişiklik: mənfəət və dividendlərin köçürülməsinə limit qoyulmayacaq

Qeyri-rezidentlərin Azərbaycan Respublikasında qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapital artımının) repatriasiyasına məbləğ məhdudiyyəti tətbiq edilməyəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, köçürmə zamanı vəsaitin əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən ilkin gömrük bəyannaməsi və ya bank çıxarışının təqdim edilməsi obyektiv səbəblərdən qeyri-mümkün olduqda, investisiya obyektinin qanuni əldə edilməsini təsdiq edən dövlət reyestrindən rəsmi çıxarış ilkin mədaxil sənədi qismində qəbul edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Rezidentlər valyuta vəsaiti məbləğinin 30 faizinədək məbləğdə cərimə olacaq

Rezidentlər üçün isə xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin təqdim edilməməsinə görə cərimələr müəyyənləşir.

Layihəyə əsasən. “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin (iştirak payının və ya səhmin əldə edilməsini təsdiq edən sənədin və qanunla nəzərdə tutulmuş digər sənədlərin) həmin qanunla müəyyən edilmiş müddət daxilində müvəkkil banklara və ya qanunla nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud həmin qanuna əsasən xaricdən Azərbaycan Respublikasına qaytarılmalı olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətlərdə müvəkkil banklardakı hesablara köçürülməməsinə görə fiziki şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən on faizinədək məbləğdə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

spot_imgspot_img

Oxşar xəbərlər

Wildberries öz mesencerini işə salmağı planlaşdırır

Wildberries öz mesencer xidmətini işə salmağı planlaşdırır. Şirkət domen adları qeydə alıb, xidmət alıcı və satıcılar arasında ünsiyyəti asanlaşdıracaq.

Avropa Mərkəzi Bankı rəqəmsal avro layihəsinin yeni mərhələsini açıqladı

Avropa Mərkəzi Bankı rəqəmsal avro layihəsinin yeni mərhələsini açıqladı. Rəqəmsal avro 2027-ci ilə qədər istifadəyə verilə bilər.

ABŞ Senatı CLARITY kripto qanun layihəsini bu həftə səsverməyə çıxara bilər

ABŞ Senatı CLARITY kripto qanun layihəsini bu həftə səsverməyə çıxara bilər. Qanun kriptovalyutaların təsnifatını aydınlaşdıracaq və bazarı inkişaf etdirəcək.

OpenAI-nin yeni AI ağıllı səsgücləndiricisi 300-400 dollara satılacaq

OpenAI-nin yeni AI səsgücləndiricisinin qiyməti 300-400 dollar arasında olacaq. Cihaz GPT modelləri ilə işləyəcək və bazarı dəyişdirə bilər.

S&P 500 added all of crypto’s $2 trillion market cap in a month while bitcoin barely moved. Here’s why

S&P 500 endeksi bir ayda kripto piyasasının toplam değerine eşit artış kaydetti, Bitcoin yatay seyretti.
spot_img