“Uklon” taksi xidməti rəsmi olaraq fəaliyyətini sonlandırır!

2023-cü ildə PAŞA Holding Ukraynanın Uklon şirkəti ilə əməkdaşlığa başlamış və birgə tərəfdaşlıq zamanı taksi biznesinin ekosistemə müsbət təsiri, eləcə də bu biznesin ümumilikdə ekosistemə yeni müştərilərin cəlb edilməsi və saxlanılması baxımından faydalılığı müşahidə olunmuşdur.

Məlumata görə, PAŞA Holding öz ekosistem strategiyası çərçivəsində genişləndirmək və daha da inkişaf etmək məqsədi ilə yeni, müasir, mütərəqqi biznes sahələrini araşdırır.

Açıqlama: “Biz bu biznesi indikindən daha sürətli şəkildə inkişaf etdirmək istəyirik. Bu məqsədlərə nail olmaq üçün PAŞA Holding avtonəqliyyat sifarişi xidməti sahəsində yeni tərəfdaşlıq imkanlarını nəzərdən keçirir və hazırda bazar liderləri ilə danışıqlar aparır. Uklon ilə tərəfdaşlıq bizim inkişafımızda mühüm addım oldu və biz bu dəyərli təcrübə üçün tərəfdaşımıza minnətdarıq”, – holdinqin mətbuat xidməti bildirilib.

spot_imgspot_img

Oxşar xəbərlər

Amazon ABŞ-da ilk dəfə AMD Radeon Nvidia GeForce-u satışda üstələyib

Amazon ABŞ-da ilk dəfə AMD Radeon ekran kartları Nvidia GeForce-u satışda üstələyib. Buna Nvidia-nın istehlakçı seqmentində təchizat problemləri səbəb olub.

Binance 29 oktyabr insidentinin ilk hesabatını yayımladı: itkilər tam ödənilir

Binance 29 oktyabr insidenti ilə bağlı ilk hesabatını təqdim edib və istifadəçilərin itkidən zərər görməyəcəyini, zərərin tamamının şirkət tərəfindən ödəniləcəyini bildirib.

Mərkəzi Bank: nağd valyuta bazarında təklif tələbdən 3 dəfə çoxdur

Mərkəzi Bankın sədri Taleh Kazımov valyuta bazarında təklifin tələbi təxminən üç dəfə üstələdiyini açıqlayıb və bunu iqtisadi artımın zəifləməsi ilə birbaşa əlaqələndirməyin düzgün olmadığını deyib.

Apple Watch üçün süni intellekt dəstəkli Audio Intelligence beta testinə açılır

Apple Watch üçün süni intellekt dəstəkli Audio Intelligence funksiyaları beta testinə açılıb, ilk olaraq iOS 27.3 ilə tərtibatçılara verilib.

OpenAI: ChatGPT-nin axtarış həcmi Google-ın 20 faizinə çatıb

OpenAI-nin məlumatına görə, ChatGPT üzərindən veb axtarışları Google-ın axtarış həcminin 20 faizinə çatıb.
spot_img