Türkiyədən sahibkarlara və istedadlara özəl: “Tech Visa”

Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi, texnologiya sahəsində kritik ixtisaslara malik istedadlar və texnologiya Startaplarına xüsusi olaraq Türkiyə Tech Visa proqramını başladıb. Türkiyə Tech Visa proqramına xüsusi 3 illik iş icazəsi və ailələr üçün asan oturma icazəsi prosesləri təmin olunur.

Bununla yanaşı, Texnopark dəstəkləri çərçivəsində gəlir vergisi və müəssisə vergisi azadlıqları və geniş sağlamlıq xidməti zəmanətləri təqdim edilir. Startaplar əlavə dəyər vergisi, müəssisə vergisi, gömrük vergisi kimi sahələrdə azadolmalardan yararlana biləcəklər. Həmçinin işçilərə ödəniləcək sığorta primləri üçün də texnopark dəstəkləri tətbiq edilir ki, bu baxımdan işçilər də gəlir vergisi ödəməyəcək.

Saytda Türkiyədə təsirli bir sağlamlıq sığortası sisteminin olduğu, bütün işçilərin sağlamlıq xidmətlərindən pulsuz yararlana bildiyi qeyd olunur. Texnologiya şirkətlərinin işçilərinin sığorta primlərini isə dövlət qarşılayır.

Türkiyə Tech Visa çərçivəsində texnoparklarda və inkubasiya mərkəzlərində ofis imkanlarının yanaşı, investisiya kapitalı yatırımları və layihə maliyyələşdirmə dəstəklərindən də yararlanmaq mümkündür. Bundan əlavə, mentorluq və məsləhət xidmətləri ilə yanaşı, əlavə dəstək üçün xüsusi bir həll ortağının təyin edildiyini də qeyd edək.

Startapların Tech Visa çərçivəsində Türkiyəyə gələrkən işçilərini də asanlıqla gətirə biləcəyi vurğulanır. Startaplar digər ölkələrdə olan istedadları da komandalarına daxil etmək imkanına sahibdirlər. Çünki xarici işçi çalışdırma icazələrində bu proqram üçün xüsusi istisnalar tətbiq olunur. Bu istisnaların həm şəriklər, həm də işçilər üçün keçərli olduğunu da əlavə edək. Türkiyə Tech Visa Proqramına daxil olan startaplar maliyyə problemlərini isə Türkiyə Tech Visa Fondu ilə həll edirlər.

Texnologiya sahəsində çalışan istedadlara iş vizası müraciəti prosesində xüsusi istisnalar tətbiq olunur. İstedadlar, Türkiyədə Ar-Ge fəaliyyəti aparan türk şirkətlərində çalışdıqları təqdirdə Gəlir Vergisi ödəməyəcəklər. Hərtərəfli sağlamlıq xidmətlərini əhatə edən sosial sığorta primlərinin yarısını isə dövlət qarşılayır.

spot_imgspot_img

Oxşar xəbərlər

Elon Musk-ın X Money tətbiqi ABŞ-da istifadəyə verildi

Elon Musk-ın X Money tətbiqi ABŞ-da istifadəyə verilib, istifadəçilərə Visa debet kartı və anında ödəniş imkanı təqdim edir.

ChatGPT, yazarların üslubunu fərdi şəkildə təqlid edən məzmun istehsalını bloklamağa başladı

OpenAI, ChatGPT-nin Stephen King kimi məşhur yazarların üslubunu birbaşa təqlid etməsini bloklamağa başladı.

Türk qurucuların Münhen əsaslı 5U AI, 3.2 milyon dollar pre-seed investisiya aldı

Türk qurucuların Münhen əsaslı AI startup-ı 5U AI, 3.2 milyon dollar pre-seed investisiya topladı.

Amazon, telefonlara birbaşa peyk bağlantısı təmin edəcək LEO şəbəkəsi üçün müraciət etdi

Amazon, 5000-dən çox alçaq Yer orbiti peyki ilə telefonlara birbaşa bağlantı təmin edəcək LEO şəbəkəsi üçün FCC-ə müraciət edib.

Microsoft, ilk kibertəhlükəsizlik AI modeli MAI-Cyber-1-Flash və Project Perception-ı təqdim etdi

Microsoft, kibertəhlükəsizlik üçün ixtisaslaşmış ilk süni intellekt modeli MAI-Cyber-1-Flash və agent əsaslı təhlükəsizlik sistemi Project Perception-ı təqdim etdi.
spot_img