Türkiyədən sahibkarlara və istedadlara özəl: “Tech Visa”

Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi, texnologiya sahəsində kritik ixtisaslara malik istedadlar və texnologiya Startaplarına xüsusi olaraq Türkiyə Tech Visa proqramını başladıb. Türkiyə Tech Visa proqramına xüsusi 3 illik iş icazəsi və ailələr üçün asan oturma icazəsi prosesləri təmin olunur.

Bununla yanaşı, Texnopark dəstəkləri çərçivəsində gəlir vergisi və müəssisə vergisi azadlıqları və geniş sağlamlıq xidməti zəmanətləri təqdim edilir. Startaplar əlavə dəyər vergisi, müəssisə vergisi, gömrük vergisi kimi sahələrdə azadolmalardan yararlana biləcəklər. Həmçinin işçilərə ödəniləcək sığorta primləri üçün də texnopark dəstəkləri tətbiq edilir ki, bu baxımdan işçilər də gəlir vergisi ödəməyəcək.

Saytda Türkiyədə təsirli bir sağlamlıq sığortası sisteminin olduğu, bütün işçilərin sağlamlıq xidmətlərindən pulsuz yararlana bildiyi qeyd olunur. Texnologiya şirkətlərinin işçilərinin sığorta primlərini isə dövlət qarşılayır.

Türkiyə Tech Visa çərçivəsində texnoparklarda və inkubasiya mərkəzlərində ofis imkanlarının yanaşı, investisiya kapitalı yatırımları və layihə maliyyələşdirmə dəstəklərindən də yararlanmaq mümkündür. Bundan əlavə, mentorluq və məsləhət xidmətləri ilə yanaşı, əlavə dəstək üçün xüsusi bir həll ortağının təyin edildiyini də qeyd edək.

Startapların Tech Visa çərçivəsində Türkiyəyə gələrkən işçilərini də asanlıqla gətirə biləcəyi vurğulanır. Startaplar digər ölkələrdə olan istedadları da komandalarına daxil etmək imkanına sahibdirlər. Çünki xarici işçi çalışdırma icazələrində bu proqram üçün xüsusi istisnalar tətbiq olunur. Bu istisnaların həm şəriklər, həm də işçilər üçün keçərli olduğunu da əlavə edək. Türkiyə Tech Visa Proqramına daxil olan startaplar maliyyə problemlərini isə Türkiyə Tech Visa Fondu ilə həll edirlər.

Texnologiya sahəsində çalışan istedadlara iş vizası müraciəti prosesində xüsusi istisnalar tətbiq olunur. İstedadlar, Türkiyədə Ar-Ge fəaliyyəti aparan türk şirkətlərində çalışdıqları təqdirdə Gəlir Vergisi ödəməyəcəklər. Hərtərəfli sağlamlıq xidmətlərini əhatə edən sosial sığorta primlərinin yarısını isə dövlət qarşılayır.

spot_imgspot_img

Oxşar xəbərlər

Süni intellekt bir işçini işdən çıxardı: Maraqlı təcrübə şok etdi

Andon Labs, mağaza idarəçiliyini Claude-a həvalə edib və AI daim gecikən bir işçini işdən çıxarıb.

Anthropic CEO süni intellektə etimad böhranı olduğunu deyir

Anthropic-in baş direktoru Dario Amodei, süni intellekt sahəsindəki etimadsızlığın 'əsasən etimad böhranı' olduğunu deyib ve həll yollarını açıqlayıb.

Kripto investorları bazar dəyəri sıralamasından əsas göstəricilərə keçir

Kripto investorları bazar dəyəri sıralamasından tokenlərin fundamental göstəricilərinə keçirlər.

Milyarder OpenAI ilə bağlı şübhələrə görə 2 aya 104 milyard itirdi

Oracle-ın həmtəsisçisi Larri Ellison OpenAI ilə bağlı şübhələr fonunda 2 ayda 104 milyard dollar itirib.

SafePal kripto pulqabısı məlumat sızıntısını açıqladı

SafePal kripto pulqabısı, təxminən 40 min müştərinin sifariş məlumatlarını ifşa edən məlumat sızıntısı yaşayıb.
spot_img