“Trendyol”un tərəfdaşlığı ilə Azərbaycanda yeni vençur fond qurulub

Azərbaycanda innovasiya və startap ekosistemini gücləndirmək məqsədilə yeni vençur fondu yaradılır. Fondun təsisçiləri sırasına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Trendyol”, Azərbaycan İnvestisiya Şirkəti və “PAŞA Holdinq” daxildir. 4 milyon ABŞ dolları kapitalı ilə fəaliyyətə başlayacaq bu fond, Azərbaycandakı startap və innovativ layihələr üçün maliyyə əlçatanlığını təmin etmək və ekosistemə əhəmiyyətli töhfələr vermək məqsədilə “INMerge Ventures” təsis edilib.

Fondun yaradılması ilə bağlı Anlaşma Memorandumu “INMerge” İnnovasiya Sammiti çərçivəsində imzalanıb. Memorandumu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, “Trendyol”un Azərbaycandakı nümayəndəsi İrem Yılandil, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Yasin Cəlilov və “PAŞA Holdinq”in nəzdində yeni yaradılmış “Future Lab”ın baş icraçı direktoru Fərrux Əliyev imzalayıblar.

Hər bir tərəf vençur fondu üçün 1 milyon ABŞ dolları ayırıb və ümumi fond kapitalı 4 milyon ABŞ dolları təşkil edir. Bu fond, startap və innovativ layihələrə maliyyə dəstəyi göstərməklə yanaşı, yerli innovasiya ekosistemini inkişaf etdirməyi və Azərbaycanın beynəlxalq innovasiya səhnəsində mövqeyini gücləndirməyi hədəfləyir.
Bundan əvvəl Azərbaycanda “Caucasus Ventures” fondu yaradılmışdı. Fondun “limited partner”ləri arasında Paşa Holdinq və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də var.

spot_imgspot_img

Oxşar xəbərlər

ABŞ İrana qarşı sanksiyaları kripto, qızıl və texnologiyaya şamil edir

ABŞ İrana qarşı sanksiyaları kripto, qızıl və texnologiyaya şamil edib. İranın kripto ilə sanksiyalardan yan keçməsi hədəflənib.

Bitcoin treyderləri 82 min dolların üzərinə sürətli sıçrayışa 2,9 milyon dollarlıq mərc edir

Bitcoin treyderləri 82 min dollar hədəfli 2,9 milyon dollarlıq mərc edib. Bu, qiymətin daha da yüksələcəyinə dair inamı göstərir.

Bitcoin 80 min dolları keçdi: Solana 8% artdı, bazar həddindən artıq alış vəziyyətində

Bitcoin 80 min dolları keçdi, Solana 8% artdı. Bazar həddindən artıq alış vəziyyətində olduğu üçün korreksiya riski var.

Bitcoin short squeeze: fyuçers açıq mövqeləri çökdü

Bitcoin bazarında short squeeze yaşanır və fyuçers açıq mövqeləri kəskin azalıb.

Chainalysis əməliyyatı: Binance və Coinbase ilə uşaq istismarı şəbəkələrinə qarşı mübarizə

Chainalysis, Binance və Coinbase ilə birlikdə uşaq istismarı şəbəkələrinə qarşı əməliyyat keçirir.
spot_img