Trendyol Azərbaycana daşınma qiymətində dəyişiklik edib?

Dünəndən etibarən Facebook sosial şəbəkəsində onlayn alış-veriş qruplarında Trendyoldan sifariş etdikdə, Azərbaycanda çatdırılma üçün alınan xidmət haqqlarında dəyişiklik edildiyi barədə məlumatlar yayılıb.

Deyilənə görə, şirkət qiymətləri 2.5 dəfə artırıb – “Dünənə kimi 79.99 TL (4.23 manat) hesablanan çatdırılma xidməti bu gündən 199.99 TL (10.63 azn) hesablanacaq.”

Məsələ ilə əlaqədar “Trendyol Azərbaycan” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyi olub: “Yeni qaydalara əsasən, məhsul çeşidimizin çox kiçik bir hissəsində müxtəlif həcmli bağlamaların qiyməti fərqlənir. Məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL – 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər”.

Qeyd edək ki, desi dedikdə bir bağlamanın ümumilikdə ölçüsü (eni, uzunluğu) nəzərdə tutulur.

spot_imgspot_img

Oxşar xəbərlər

Rusiyada marketpleyslərə münasibət: 31% istifadəçi həyatının yaxşılaşdığını deyir

Rusiyada aparılan sorğuya görə, respondentlərin 31%-i marketpleyslərin həyatını yaxşılaşdırdığını düşünür, Ozon isə 88% ilə lider seçilib.

Hollandiya Mərkəzi Bankı MiCA uyğun Qivalis-ə elektron pul lisenziyası verdi

Hollandiya Mərkəzi Bankı BBVA, BNP Paribas və ING tərəfindən dəstəklənən Qivalis şirkətinə MiCA qaydalarına uyğun elektron pul lisenziyası verib.

Facebook süni intellektlə kontent tövsiyələrini fərdiləşdirir

Meta, Facebook istifadəçilərinə süni intellekt dəstəkli Your Algorithm xüsusiyyəti ilə kontent tövsiyələrini fərdiləşdirmək imkanı verir.

Standard Chartered BƏƏ-də Bitcoin və Ether ticarətini genişləndirir

Standard Chartered bankı BƏƏ-də peşəkar investorlar üçün Bitcoin və Ether spot ticarət xidmətlərini genişləndirib.

Google Play-də süni intellektlə tətbiq yaratmaq mümkün olur

Google Play Store-da süni intellekt köməyi ilə tətbiq yaradan istifadəçilər üçün yeni imkan təqdim edilir.
spot_img