TikTok-a qrup çatlarının yaradılması funksiyası əlavə edilib

TikTok mesajlaşma bölməsinə yeni imkanlar əlavə etməklə öz platformasının funksionallığını genişləndirir. Belə ki, bundan sonra istifadəçilər TikTok-un mesajlaşma bölməsində 32 nəfərdən təşkil edilmiş qrup çatlarını yarada bilərlər. Yaradılmış qrup çatında real zaman ərzində videolar paylaşmaq və onlara rəy bildirmək mümkündür. Lakin TikTok daxilindəki qrup çatları ilə bağlı bir nüans var.

Belə ki, platformanın 13 yaşdan 15 yaşına kimi olan istifadəçiləri üçün bu imkan aktiv deyil. 16-17 yaşlı istifadəçilər üçün isə qrup çatlarında bəzi məhdudiyyətlər nəzərdə tutulub. Məsələn yeniyetmə istifadəçi qrup çatlarına yalnız o halda qoşula bilər ki, həmin çatlarda onun minimum 1 nəfər ortaq dostu olsun. Bundan əlavə olaraq TikTok özəl mesajlarda stikerlərdən istifadə imkanını da reallaşdırıb. İstifadəçilər bu halda artıq hazır stikerlərdən istifadə edə və ya öz stikerlərini yaradaraq platformaya yükləyə bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

YouTube-da süni intellekt dövrü: axtarış funksiyası mobil tətbiqə gəlir

YouTube süni intellekt dəstəkli Ask YouTube axtarış funksiyasını mobil tətbiqdə istifadəyə verir.

AMB bankların kreditləşmə yanaşmasını dəyişir: yeni prudensial tələblər

Azərbaycan Mərkəzi Bankı kredit risklərinin idarə edilməsi üzrə prudensial tələbləri təkmilləşdirib.

Bitcoin 83 min dollardan yuxarı qalxaraq Koreya səhmlərindən ayrıldı

Bitcoin 83 min dollar səviyyəsini keçərək Asiya səhmlərindəki enişdən ayrılıb.

Fintech şirkəti Ramp 1,85 milyard dollar investisiya alıb

ABŞ fintech şirkəti Ramp 1,85 milyard dollarlık investisiya turunu tamamlayıb.

Bitcoin 83 min dollardan aşağı düşdü: dollar güclənir, bazar ehtiyatlıdır

Bitcoin 83 min dollar səviyyəsindən aşağı düşüb. Dolların güclənməsi və istiqraz gəlirlərinin artması bazar iştirakçılarını ehtiyatlı davranmağa sövq edir.
spot_img